Batareyaların ömrünü uzadacaq – YENİ CİHAZ
758 dəfə baxılıb
Gündəlik həyatda tez-tez istifadə edilən birdəfəlik qələvi batareyaların qısa sürən ömrünü uzada biləcək yeni aparat icad edilib.
“Sələf Xəbər” Turkiyə mediasına istinadən bildirir ki, Bob Rohparvar adlı bir elektrik mühəndisi tərəfindən icad edilən aparat batareya ömrünü 800 dəfə artırır.
1.5 volt dəyərindəki bir AA Alkaline batareyası istifadədən bir müddət sonra 1.35 volta düşdükdə bu batareyaları bəzi cihazlarda istifadə etmək artlq mümkün olmur. Batareya enerji istehsalına davam etsə də bəzi cihazlar müəyyən dəyərlər altında işləmədiyi üçün batareya yararsız sayılır. Əslində isə bitdiyini düşünüb atdığınız batareyaların bir çoxunda 80 % -ə yaxın enerji mövcud olur.
Elektrik mühəndisi Bob Rohparvar tərəfindən icad olunan və “Batteriser” adlanan bu kiçik cihaz isə batareyanın 80% – ə qədər enerji daşıdığı halda atılmasına mane olacaq.
Batteriser sayəsində uzaqdan idarə olunan cihazların idarəedicilərinin batareyalarının ömrü 9.1 dəfə, elektron oyuncaqlarda istifadə olunan batareyaların ömrü isə 4.9 dəfə uzadılacaq.
Bu yeni cihaz işləmə müddəti başa çatmış hər bir batareya üçün istifadə oluna biləcək.
Sentyabr ayında satışa çıxarılması nəzərdə tutulan “Batteriser” aparatının qiymətinin 2.5 dollar dəyərində olacağı düşünülür.
Sələf Xəbər: Uca Allah buyurur: “Hər biləndən üstün bir bilən də vardır!”. (Qurani-Kərim, “Yusuf” surəsi, 76-cı ayə)