Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

BƏƏ-də uçan taksilər olacaq

Avqust 23
15:39 2016

Məşhur təyyarə istehsalçısı “Airbus” Birləşmiş Ərəb Əmirlikləri üçün uçan taksilər istehsal edəcək. Uçan taksilər Dubay və Əbu-Dabi şəhərləri arasındakı trass üzrə hərəkət edəcəklər.

Şirkətin saytında yerləşdirilən məlumata görə, “City Airbus” adlı layihə sayəsində eyni anda bir neçə nəfər əvvəlcədən nəzərdə tutulmuş marşrut üzrə daşınacaq.

İlk sınaq uçuşlarının isə gələn ilin sonlarında keçirilməsi planlaşdırılıb. Ekspertlərin sözlərinə görə, uçuş platformasının qurulması üçün lazım olan texnologiyalar artıq mövcuddur.

Şirkət iş qrafiki, zəruri texnologiyalar və layihənin maliyyə hissəsi haqqındakı hesabatın artıq hazır olduğunu qeyd edib. Yeni layihə əsasında sərnişin və yük daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsinin əvvəlcə pilot, daha sonra isə avtonom sistemdə işləyəcəyi planlaşdırılır.

“Airbus” şirkətinin ekspertləri yaxın 10 il ərzində nəqliyyat vasitələri ilə bağlı bir çox yenilik və irəliləyişlərin olacağını da istisna etmirlər.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır.”(Müqəddəs Quran, “Ən-Nəhl” surəsi, 8-ci ayə).

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanları bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin.”

Uca Allahın Quranda məhz nəqliyyatı xatırlatması ona görədir ki, bu – Onun insanlar üçün böyük lütflərindən biridir. Hələ bundan bir az əvvəl, maşın, qatar, təyyarə və başqa nəqliyyat növlərinin ixtirasına qədər, insanlar hər hansı rahatlıq olmadan yola həftələr, hətta aylar sərf edirdi, bu gün isə biz rahat şəkildə gün ərzində dünyanın istənilən nöqtəsinə çatırıq, bu da şübhəsiz ki, Uca Allahın bir lütfüdür.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930