Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Beynimiz haqqında bilmədiklərimiz

Fevral 10
12:44 2015

Nevrologiya üzrə alim Fransis Censen karyerası boyu insan beynini araşdırıb. Onun araşdırmasının nəticələri valideynlərə, müəllimlərə və yeniyetmələri anlamağa çalışan digər insanlara bəzi şeyləri daha yaxşı başa düşməyə yardım edir.

İnsan yetkinlik yaşına çatanda onların bədəni dəyişir və onlar daha çox böyük insanlara oxşamağa başlayırlar. Güman edilir ki, onların beyinləri də böyük insanların beyinləri kimi işləyir.

Amma Censen bunun belə olmadığını bildirir: “Beyin bədəndə yetişən ən son orqandır və onun yetişmə prosesi 20 yaşlarında tamamlanır.

“Sələf Xəbər” Teleqraf.com-a istinadən bildirir ki, yeniyetmələrin beyinlərinin strukturu beynin yekun formasının 80 faizini təşkil edir.

Censenin araşdırmalarına görə, yeniyetmələrin beyinləri elə qurulub ki, onlar böyüklərdən daha yaxşı öyrənirlər.

“İnsanın beynində sinapsislər var və bu sinapsislər insanın necə öyrənməyini təyin edir. Bu sinapsislər vasitəsilə beyin hüceyrələri bir-birilərinə məlumat ötürür. Nə isə öyrənəndə sinapsislər böyüyür. Sinapsislərin böyüməsinə kömək edən protein və kimyəvi maddələr ən çox balaca uşaqlarda olur, yeniyetmələrdə biraz az, böyüklərdə isə çox az.

Ona görə uşaqlar çox asanlıqla eyni zamanda, iki, üç dil öyrənə bilirlər, yeniyetmələr isə böyüklərdən daha sürətlə informasiya qəbul edirlər”.

Maraqlısı isə odur ki, yeniyetmələrin böyüklərə nisbətən daha yaxşı öyrənmək qabiliyyətləri olsa da, onların beyinlərinin müxtəlif sahələrindəki əlaqələr hələ də inkişaf etməkdədir.

Beyində ən son inkişaf edən və digər hissələrlə əlaqə yaradan beynin ön hissəsidir. Beynin ön hissəsi anlayış, qərar, nəbzin idarəsi və empatiya hissiyatına cavabdehdir. Ona görə də yenitmələrdə bu hisslər tam inkişaf etməmiş olur.

Son araşdırmada isə yeniyetmələrin qısamüddətli problemi araşdırılıb. Bu isə bir neçə işi eyni anda görməkdir. Belə bir həssas yüklənmə onların sözləri yada salma qabiliyyətlərinə mane olur.

Beynin inkişafına cinsin də təsiri var. Censen bildirir ki, beynin informasiyanı qəbul edən hissəsi uşaqlıq vaxtı genişlənir, daha sonra isə incəlir. Qızlarda genişlənmənin pik nöqtəsi 12-14 yaşlar arası olur, oğlanlarda isə bu, iki il sonra baş verir. “Təbii ki, istisnalar var, amma ümumilikdə qızlar daha plançı olur, daha çətin iş və ya dərs qrafikini idarə edə bilirlər, amma bu yaşda oğlanlar planlaşdırmada çətinlik çəkirlər,”- deyərək Censen bildirib.

Bilik və yaddaş üçün yuxu vacib olsa da, yeniyetmələr (həm qızlar, həm oğlanlar) kifayət qədər yatmırlar. Onlar gecə gec yatanda və səhər gec oyananda valideynləri yeniyetmələrin tənbəl olduqlarını düşünürlər. Amma Censen bunun reallıq olmadığını deyir. Onlar yeniyetmə olduqları üçün belə edirlər. “Onların bioloji saatları böyüklərin yatmaq və oyanmaq saatlarından 2 saat daha gec vaxta uyğunlaşdırılıb,”- deyə Censen qeyd edib.

Yeniyetmələrin beyinləri ilə bağlı yeni infromasiya valideyn və müəllimlərə uşaqları daha yaxşı anlamağa kömək edə bilər.

“Onlarla daha çox əlaqə qurun və daha səbirli olun,” – deyə Censen valideyinlərə məsləhət görür.

Əqli xəstəliklər də yeniyetmə yaşlarında başlayır. Bunlara ikiqütblü (bipolar) pozuntular, depressiya və şizofreniya daxildir. Bu xəstəliklər 18-20 və bəzəndə 20-25 yaş aralarında başlayır. Ona görə də, bu xəstəliklərin əlamətlərini müşahidə etmək üçün yeniyetmələrlə əlaqə yaratmaq vacibdir.

Censen valideynləri bu informasiyanı uşaqları ilə paylaşmağa təşviq edir.
Censen bildirib: “Yeniyetmə yaşlarında uşaqlar kim olduqlarını, şəxsiyyətlərini öyrənmək istəyirlər. Onların özləri barədə hər bir şeyi öyrənməyə təbii maraqları var. Ona görə də siz onlara onların yetkinləşmələri ilə bağlı daha çox məlumat verdiyinizdə, bu məlumatın onlar üçün nə qədər maraqlı olduğunu müşahidə edəcəksiniz”.

 Sələf Xəbər: Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.

Uca Allah buyurur: “De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir.” (Qurani-Kərim, “Ər-Rəd” surəsi, 16-cı ayə)

Həqiqətən də, məxluqlar özləri kimilərini yaratmağa qadir deyillər və öz Yaradanı olmadan yaşaya bilməzlər. Bu isə o deməkdir ki, bütün varlıqların Allahı və Yaradanı vardır ki, O, heç bir şərikə möhtac deyildir. O – Vahid və Qüdrətli, Təqlidedilməz və İxtiyar Sahibidir.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930