Bir həftə enerjisiz işləyən iPhone hazırlanıb
710 dəfə baxılıb
Böyük Britaniyanın “Intelligent Energy” şirkəti iPhone 6 üçün bir həftə enerji saxlayacaq batareya yaradıldığını elan edib.
Batareya patentləşdirilmiş texnologiya əsasında işləyir. Şirkət iddia edir ki, yeni batareyadan istifadə etmək üçün iPhone-un ölçü və formasını dəyişməyə ehtiyac yoxdur.
“Biz o qədər incə batareya yaratmağa müvəffəq olduq ki, ondan hazırda bazarda olan modellərdə istifadə etmək olar, – deyə Intelligent Energy şirkətinin baş direktoru Henri Vinand bildirib.
Adi iPhone-lardan fərqli olaraq yeni qurğuların arxasında su buxarları üçün ventilyasiya dəlikləri olmasıdır.
“Sələf Xəbər”in AzVision.az-a istinadən məlumatına görə, Intelligent Energy şirkəti bəyan edib ki, hazırda şirkət yeni batareyanın qiymətini müəyyənləşdirir.
Şayələrə əsasən şirkət özü Apple-la sıx əməkdaşlıq edir. Lakin Vinand bu barədə yayılan məlumatları şərh etməkdən imtina edib.