Blackberry-nin icraçı direktoru Con Çen: Biz bir nömrəyik!
1. 170 dəfə baxılıb
Hurriyet.com xəbər verdiyinə görə, BlackBerry-nin icraçı direktorunun bəyanatı hamını çaşqınlığa salıb. Son illərdə BlackBerry-nin yaşadığı problemlərdən çoxumuz xəbərdar idik. İlin axırında bazar payının 0,8%-ə enməsi gözlənildiyi halda, firmanın icraçı direktoru ikinci dəfə “ölmədiklərini” bütün dünyaya xatırlatdı.
BlackBerry 10 əməliyyat sisteminin o qədər də rahat olmadığını qəbul edən Con Çen, çoxsaylı problemlərlə qarşılaşdıqlarını etiraf etsə də, BlackBerry bu dəfə günahın bir payını rəqiblərdə və mediada görüb. Firma, öz bloqunda etdiyi şərhdə “Rəqiblərdən BlackBerry haqqında qorxuya, məlumatsızlığa və şübhəyə səbəb olacaq bir çox xəbərlər gəldiyini” yazıb və əlavə edib: “mövcud vəziyyətimizlə əlaqəli şişirdilmiş hesabatlar və məhsullarımız haqqındakı anlaşılmazlıqlar ortalığı qarışdırdı.”
BlackBerry, bu vəziyyətin fəsadlarını azaltmaq niyyətindədir. Bunun üçün Check Portal açan firma, səhifədə rəqiblərinin yanlışlarını cavablayır və həqiqətləri paylaşır. Firma, sözlərinə belə davam edir: “BlackBerry-nin mobil dünyasında liderliyinin davam etməsinə dair sübutlarımızı təqdim edəcəyik. Rəqiblərin “duman və aynalar” marketinq taktikalarını isə ifşa edəcəyik.”