Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

BMT: Əsrin sonunda Yer kürəsinin əhalisi 11,2 milyard olacaq

İyul 30
15:13 2015

XXI əsrin sonunadək Yer kürəsinin əhalisi 11,2 milyarda çatacaq.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, BMT-nin Demoqrafiya məruzəsində belə deyilir.

2030-cu ildə dünyada əhalinin sayı 8,5 milyard, 2050-ci ildə isə – 9,7 milyard təşkil edəcək. Hazırda Yer kürəsində 7,3 milyard insan yaşayır.

Hesablamalara əsasən, 2022-ci ilədək Hindistan əhalinin sayına görə Çini ötüb keçəcək, 2050-ci ildə isə Nigeriya ABŞ-ı qabaqlayaraq dünyada 3-ü yerə çıxacaq.

Məruzədə, həmçinin qeyd edilir ki, 2050-ci ildə yaşı 60-dan çox olan insanların sayı ikiqat artacaq, Avropada isə ahıl yaşlı insanların sayı 34% təşkil edəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun!” (Qurani-Kərim, “Nisa” surəsi, 1-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930