Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Britaniyalı tələbə oksigen buraxa bilən süni yarpaq yaradıb

Avqust 02
14:29 2014

AzərTAc Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Kral İncəsənət Kollecinin (Böyük Britaniya) tələbəsi Yulian Melkiorri karbon qazını və suyu udaraq oksigen buraxa bilən süni yarpaq yaradıb.

Bu süni yarpaq bitkilərin yarpaqlarından ayrılmış və ipək fibrionu substansiyasına yerləşdirilmiş  xloroplastların (tələbənin birbaşa ipək liflərindən ayırdığı beta-strukturlu fibrilyar zülalların) suspenziyasıdır. İpək fibrionu xloroplastar üçün zəruri qaz mübadiləsini və az miqdarda suyun daxil olmasını təmin edir.

Bitki xloroplastları müəyyən dərəcədə müstəqil strukturlardır. Onlar hətta süni mühitdə də fəaliyyət göstərə bilir.
Yulian Melkiorri öz icadından uzunmüddətli kosmik uçuşlar zamanı, eləcə də evlərin ventilyasiya sistemlərində və bilavasitə yaşayış binalarında oksigeni artırmaq üçün istifadə olunmasını təklif edir.

Bundan əlavə, süni yarpaqlardan şəhərlərdə tikililərin yaşıllaşdırılması məqsədi ilə istifadə edilə bilər. Bu, şəhərlərin ekologiyasına müsbət təsir göstərə bilər.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031