Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bu ayda 5 dəfə maqnit qasırğası gözlənilir

May 05
15:11 2015

May ayı ərzində Yerdə beş dəfə maqnit qasırğası olacaq.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, alimlərin hesablamalarına görə, qasırğa ayın 12-i, 13-ü, 14-ü, 15-i və 18-i tarixlərində baş verəcək.

Maqnit qasırğaları normal hadisədir. Lakin bir çox hallarda insanlarda yorğunluq, baş ağrısı meydana çıxa bilər. Maqnit qasırğaları zamanı kəskin xroniki xəstəliklər kəskinləşir, ölüm hadisələri artır.

Həmin günlərdə meteoroloji şəraitin tez-tez və kəskin dəyişməsi risk qrupuna daxil olan xroniki xəstəliklər, yaşlı insanlar və uşaqların səhhətində narahatlıq-diskomfort hissi yarada bilər. Meteohəssas insanlara həkimlərin məsləhəti ilə profilaktik tədbirlərin görülməsi tövsiyə olunur.

Sələf Xəbər: Kainatın həcmini, təxminən təsəvvür etmək üçün gəlin Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sünnətinə müraciət edək.

İbn Abbas (Allah ondan razı olsun) deyirdi ki, dünya birinci səmaya nisbətdə sonsuz səhradakı kiçik halqa kimidir. Və birinci səma ikinci səmaya nisbətdə sonsuz səhradakı kiçik halqa kimidir. Hər bir səma o birisində belədir. Sonda yeddi səmanın Ərşə nisbətdə sonsuz səhradakı kiçik halqa kimi olduğunu və Kürsünün Ərşə nisbətdə sonsuz səhradakı kiçik halqa kimi olduğunu dedi.

Başqa bir hədisdə Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Yeddi qat göy Kürsü ilə müqayisədə səhraya atılmış bir halqa kimidir, Ərşin Kürsünün üzərində üstünlüyü bu səhranın bu halqanın üzərində olan üstünlüyü kimidir”. (Bax: “Silsilət əl-Əhadis əs-Səhiha”)

Allah isə yaradılan hər şeyin üzərində yerləşir. Bütün varlığın ən ali nöqtəsi Ərşdir, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi İbn Masudun (Allah ondan razı olsun) dediyi kimi: “Onun Ərşi isə suyun üzərindədir, Allah isə — Ərşin üzərindədir, sizin heç birinizin əməli ondan gizli qalmaz”.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930