Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bu cövhər orqanizmdə immun sistemini gücləndirir

Dekabr 08
15:04 2014

Hazırlanması çox sadə olan bu cövhərin insan orqanizmi üçün faydaları sayılmaqla bitməz. Ən başlıcası bu cövhər vaxtsız qocalmanın qarşısını alır. O, ürəyin fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, bütün daxili orqanlara müsbət təsir göstərir, orqanizmin zərərli maddələrdən təmizlənməsinə yardımçı olur.

“Sələf Xəbər” Milli.Az-a istinadən xəbər verir ki, bu çövhərin ən faydalı xüsusiyyətlərindən biri isə qış fəslində bizi gözləyən xəstəliklərə qarşı mübarizə etmək üçün orqanizmdə immun sistemini gücləndirir.

Cövhərin hazırlanması çox sadədir. Bunun üçün aşağıdakılar lazımdır:
Kərəviz 3 kiloqram
Bal400 qram
Sarmısaq400 qram
Qıtıqotu (xren)400 qram
Limon8 ədəd
Alma2 ədəd

Bütün bunları ət maşını və ya üyüdücü (blender) vasitəsi ilə əzib xırdalamaq və yaxşıca qarışdırmaq lazımdır. Alınmış kütlə 50 dərəcəyə qədər olan odda qarışdırıla-qarışdırıla qızdırılmalı və qaynamadan odun üstündən götürülməlidir. İki gün sərin yerdə saxlanıldıqdan sonra alınmış qarışığın şirəsi çəkilməlidir. Bununla da sağlamlıq cövhəri hazırdır. O, şüşə qablara süzülərək soyuducuda saxlanılmalıdır.

Bu möcüzəli faydalı cövhəri gündə iki dəfə yeməkdən 20 dəqiqə əvvəl 1 çay qaşığı qəbul etmək lazımdır.

Qarşıdan gələn soyuq qış günlərini sağlam və gümrah keçirmək istəyirsinizsə, tənbəllik etmədən sağlamlıq cövhərini hazırlayın və faydalarından yararlanın.

“(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?”

Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930