Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bu gün “Bilik günü”dür – FOTO

Sentyabr 15
13:11 2015

Bu gün Azərbaycanda “Bilik günü” qeyd olunur.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək.

Yeni tədris ilində bütün məktəblilər dərsliklərlə təmin olunacaq. Dərsliklərin böyük hissəsi yeni olacaq. Ümumi təhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4 095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub.

O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəb kitabxana fondlarındakı dərsliklər hesabına təmin olunacaqlar.

2015-2016-ci tədris ilində 2445 müəllim ilk dəfə işə başlayacaq. Onlar təhsil sahəsində ilk dəfə olaraq, “Müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejiminə keçib.

📷

b8c041595e1abd320b89426186277084 bf5b6d155ab6155c485d3f670ec1758a c0d189d70cb1f84ed06a5bc0f4105e6f d2d454104582f4b532c782342b770b41 1acca927a86cd2c9ef4b51227c4a6207

Sələf Xəbər: Uca Allah buyurur: “Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. (Qurani-Kərim, “Ələq” surəsi, 1-5-ci ayələr)

Digər xəbərlər

ARXİV

Oktyabr 2020
M T W T F S S
« Feb    
 1234
567891011
12131415161718
19202122232425
262728293031