Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bu gün Günəşlə Ay eyni anda görünəcək

Oktyabr 08
17:05 2014

“Sələf Xəbər” interpress.az saytına istinadən xəbər verir ki, bu gün dünyada ən nadir görülən Ay tutulmalarından biri baş verəcək.

Ay tutulması ilə eyni dəqiqələrdə Günəşin doğması baş verəcək. Alimlərin fikrincə, bu, nadir kosmik hadisədir.

“Selenelion” adı verilən kosmik hadisəni gözlə görmək mümkün olacaq. Proses baş verən zaman Ay və Günəş bir-birlərindən 180 dərəcə ölçüdə dayanacaq. Ancaq, atmosferdə işığın qırılması nəticəsində hər iki göy cismi üfüqdə ayrı-ayrı görünəcək. Bununla da Günəş və Ayı eyni anda müşahidə etmək mümkün olacaq.

Kosmik hadisə Amerika qitəsində 8 oktyabrda, gündüz saatlarında, Asiya və Avropa ölkələrində isə axşam saatlarında müşahidə olunacaq. Günəş şərqdən yüksələrkən qərbdə Ay tutulması reallaşacaq. Prosesin maksimum 9, minimum 2 dəqiqəlik müddət ərzində müşahidə olunacağı ehtimal olunur.

 Sələf Xəbər: Rəvayət edilir ki, Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi Abdullah ibn Abbas (Allah onların hər iksindən razı olsun) demişdir: “Peyğəmbərin zamanında günəş tutuldu və o (Allahın ona salavat və salamı olsun) namaz qıldırdı. Əvvəl qiyamı o qədər uzatdı ki, (bu vaxt ərzində) “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi. Sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdə qıldı. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakinbu qiyam əvvəlkindən qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi,sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki dəfə) səcdə qıldı, sonra (salamları verib) namazı bitirdi. Artıq günəşin üzü açılmışdı. Bundan sonra Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allahı zikr edin!” (Əl-Buxari)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930