Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlandı

Dekabr 04
17:05 2017

“2017-ci ilin 11 ayı ərzində Azərbaycan və ona həmsərhəd olan ərazilərdə 9 min yeraltı təkan qeydə alınıb”.

Selefxeber.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

“Onlardan 3642-si yerli, yəni Azərbaycan ərazisində baş verən zəlzələlərdir. 5 mindən yuxarı isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir. Respublika ərazisində 25 hiss olunan zəlzələ olub”, – deyə, Mərkəz rəsmisi əlavə edib.

V.Rafiqqızı qeyd edib ki, zəlzələlərin statistikası dinamikdir, tez-tez dəyişir: “Yerin təkində hər gün onlarla hiss olunmayan təkanlar olur və bu təkanların olması yaxşıdır, çünki enerji boşalması gedir. Seysmik zonalarda sakitlik yarananda artıq narahatlıq olur, çünki enerji yığılır”.

Sələf Xəbər: Bir dəfə Ənas bin Malik bir kişi ilə birgə Aişənin yanına gəldilər. Kişi soruşdu: “Möminlərin anası bizə zəlzələ haqqında danış”. O dedi: “İnsanlar zinanı halal gördükdə, sərxoş edən içkilər içdikdə və çalğı alətlərində oynadıqda Qüdrətli və İzzətli Allah səmasında qəzəblənəcək və yerə deyəcək: “Onları silkələ”. Əgər onlar tövbə edib bu əməlləri tərk etməsələr yer onları udar”. Kişi soruşdu: “Ey möminlərin anası, bu onlar üçün cəza olacaq?”. O cavab verdi: “Şübhəsiz, bu möminlər üçün xəbərdarlıq və rəhmət, lakin kafirlər üçün cəza, əzab və qəzəb nümunəsi olacaq”. Ənas dedi: “Allah Rəsulunun hədislərindən sonra heç bir rəvayət bunun kimi məndə sevinc doğurmamışdı”. (“Dərd və Dəva”. İbn əl-Qeyyim).
Allah ölkəmizi qorusun!

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930