Bu ilin ən yaxşı ixtiraları seçildi – FOTO
959 dəfə baxılıb
2014-cü ilin sonuna yaxın nüfuzlu Time jurnalı son 12 ayda dünyaya təqdim edilmiş ən vacib innovativ məhsulların siyahısını dərc edib.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, bu siyahı yeni icad edilmiş texnoloji cihazların qiymətləndirilməsi nöqteyi-nəzərindən maraqlı olub.
Reytinq cədvəlində Apple Watch, təhlükəsiz Blackphone və Microsoft Surface Pro 3 planşeti ən üst sıralarda qərarlaşıb.
Apple Watch
Cari ilin sentyabrında təqdim edilmiş, amma hələ satışa çıxarılmayan ağıllı saat Top-25-likdə altıncı və cihazlar arasında birinci pillədə qərarlaşıb. Nəşrin səhifəsində bu cihazın təsvirində yazılıb ki, Apple Watch yalnız ağıllı saat deyil, həm də kiçik portativ kompüterdir.
Bu saat özündə sensor ekranı və fiziki düymələri birləşdirir. Qurğu mesaj göndərə, göstərişlər verə, insan orqanizminin göstəricilərini izləyə və kontaktsız ödənişlər edə bilər – nüfuzlu nəşrin jurnalistləri əmin ediblər və bildiriblər ki, Apple Watchın buraxılışı ilə daşınan cihazlar bazarı yüksək inkişaf mərhələsinə qədəm qoyacaq.
Blackphone
İspaniyanın Geeksphone startapı və Silent Circle şifrlənmiş rabitə firması tərəfindən hazırlanmış Blackphone dünyanın ilk təhlükəsiz smartfonu kimi təqdim edilib. Aparat telefon zənglərini, elektron məktubları, internet səhifələrini, baxılan mətnləri şifrləyə bilir. Qurğu, həmçinin, istənilən GSM daşıyıcı ilə işləyir.
Microsoft Surface Pro 3
Bu planşet noutbukları əvəz etmək üçün yaradılıb. Surface Pro 3 – Microsoftun istehsalı olan ən nazik və yüngül planşetdir. Eyni zamanda, tamölçülü noutbuk kimi eyni gücə malikdir.
Planşet nəfis dizayna, dördüncü nəsil Intel Core i3 prosessoruna , 4 QB əməli yaddaşa, 64 QB tutumunda sərt diskə və daxili MicroSD rartriderinə malikdir. Bu planşet sübut edir ki, artıq noutbuklar dövrü bitir.
“(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?”
Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə