Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bu ilin ilk ay tutulması baş verib

Mart 24
15:14 2016

“Diqqətlə baxsaq görərik ki, ayın işığı bir qədər zəifləyir”.

2016-cı ilin ilk ay tutulması baş verib.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında bildirib ki, ilk ay tutulması martın 23-də qeydə alınıb.

Onun sözlərinə görə, saat 13:42-də başlayan hadisənin maksimumu 15:48-də olub, 17:54-də isə başa çatıb:

“Bu tutulmalar kölgəvari sayıldığından bunu gözlə müşahidə etmək mümkün olmayıb. Sadəcə diqqətlə baxsaq görərik ki, ayın işığı bir qədər zəifləyir. Bu tutulma Sakit Okeanda, Asiyada, Avstraliyada, Meksikada, Cənubi Amerika və Antarktidada müşahidə olunub”.

X. Mikayılov qeyd edib ki, növbəti ay tutulması isə sentyabrın 16-da qeydə alınacaq:

“Başlanğıcı saat 21:57-də olacaq hadisə 23:55-də maksimumda olacaq, saat 01:54-də isə başa çatacaq. Bu da yarım kölgəvari ay tutulmasıdır. Azərbaycandan da bu tutulmanı qismən müşahidə etmək mümkün olacaq”.

Sələf Xəbər: Rəvayət edilir ki, Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi Abdullah ibn Abbas (Allah onların hər iksindən razı olsun) demişdir: “Peyğəmbərin zamanında günəş tutuldu və o (Allahın ona salavat və salamı olsun) namaz qıldırdı. Əvvəl qiyamı o qədər uzatdı ki, (bu vaxt ərzində) “əl-Bəqərə” surəsini oxumaq olardı, sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi. Sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdə qıldı. Sonra ayağa qalxıb qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki dəfə) səcdə qıldı, sonra (salamları verib) namazı bitirdi. Artıq günəşin üzü açılmışdı. Bundan sonra Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Həqiqətən də, günəş və ay Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allahı zikr edin!” (Əl-Buxari)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031