Bu kəşf kirli suyu içiləcək hala gətirə bilir
692 dəfə baxılıb
Belə ki, hər yerə götürülə bilən, adi pipedə bənzəyən filtir, bir dəqiqə ərzində 2 litr kirli suyu içiləcək hala gətirə bilir.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, istifadə müddəti 1 il olaraq hesablanan bu texnika, Danimarka mənşəli “Vestergaard Frandsen Group” şirkəti tərəfindən hazırlanıb.
İctimai məsuliyyət xarakterli bu yeni filtirin köməyi ilə suda olan bir çox xəstəliklər (uşaq iflici, dizenteriya, xolera, streptokok, tifo, tifüs və s.) cəmi 1 dəqiqədə məhv edilir.
Bu texnologiya yeni bir çağ yaradacaq.
İçməli su sıxıntısı çəkən coğrafi bölgələrdə kirli su qaynaqlarından (yağmur suyu, çay suyu və b.) təmiz su ehtiyacını qarşılamaq üçün bu kəşfdən istifadə edilə bilər. Bu baxımdan ixtira Afrika qitəsi, ya da coğrafi anlamda su problemləri olan ölkələrdəki insanları susuzluqdan qurtarmaq üçün böyük addım hesab olunur.
Eyni zamanda kəşf qlobal istiləşmə nəticəsində ortaya çıxa biləcək su qıtlığına qarşı da yaxşı bir tədbir vasitəsi olaraq qəbul edilir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)