Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bu şəkildən sonra heç vaxt telefonu başınızın yanında saxlamayacaqsınız – FOTO

Aprel 08
19:34 2015

“Sələf Xəbər” “əl-Ənbə” qəzetinə istinadən xəbər verir ki, Danimarkada doqquzuncu sinifdə oxuyan beş qızın keçirtdiyi maraqlı elmi təcrübə, xüsusən də, İngiltərə, Hollandiya və İsveçin bioloq və radiasiya alimləri və tədqiqatçıları arasında xeyli səs-küyə səbəb olub.

Belə ki, bu kiçik qızlar olduqca sadə təcrübələri ilə telefonların və simsiz cihazların ətrafa yaydığı qorxulu təhlükələrini üzə çıxarıblar.

“Helsi living” saytının dediyinə görə, təcrübə əsnasında qızlar bitki toxumlarını iki ayrı qaba qoyaraq hər ikisinə eyni miqdarda su və temperatur dərəcəsi bərabər olan qaba tökmüş, birini yalnız günəş şüası daxil olan otağa, digərini isə simsiz internet (wireless) və mobil telefon olan otaqda saxlamışlar.

Müəllimələrinin də nəzarət etdiyi nəticədə qızlar hər iki qab arasında qorxulu bir fərq olan şokedici şəkillər yayıblar.
Ölü və eybəcər:
On iki gündən sonra mobil telefon və internet olan otaqdakı toxumların çoxu böyüməmiş, digərləri isə ölü və eybəcər şəkildə olmuşdur. Yalnız günəş şüası olan otaqdakı toxumlar isə tamamilə sağlam və o birilərlə müqayisə edilməyəcək dərəcədə çox gözəl inkişaf etmişlər.

Qızlar bununla çoxlarının yatarkən başları yanında qoyduqları mobil telefonlarının şüasının təhlükəsinə diqqəti cəlb etmək istəmişlər.
Tədqiqatçı şagirdlərin nəzarətçisi Liya Nilson deyib: “Bu olduqca qorxuludur. Bütün bu şüalar canlı məxluqatlara mənfi təsir edir. Arzu edirəm ki, hər bir kəs bu məsələdə diqqətli olsun. Telefonlarınızı xüsusən də yatarkən özünüzdən uzaq və ya digər otaqda saxlayın”.

📷

wifi

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?” (Xatib əl-Bağdadi, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir)

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031