Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bu su zəhərləndirə bilər – VİDEO

Yanvar 01
17:14 2015

“Sələf Xəbər” alarabiya.net- ə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Səudiyyə Ərəbistanı sakininin su qızdırıcısını yuması videosunu yayıb. Videoda su qızdırıcısının içindən çoxlu miqdarda torpaq və pas töküldüyü diqqəti çəkir.

Eyni zamanda, həmin insan həm də su qızdırıcılarının istifadəsinin insan orqanizminə, xüsusən də, körpələrə zərərindən danışır. O, bu qızdırıcıdan istifadə etdiyi müddətin çox deyil, yalnız bir il yarım olduğunu vurğulayıb.

Alarabiya.net su qızdırıcılarının suyunun insan bədəninə nə dərəcədə təsirini araşdırmaq üçün mütəxəssis Afəf əs-Seyyid ilə əlaqə saxlayıb. Mütəxəssis “Su qızdırıcısının içində yığışan pas hər bir yaşda olan insan səhhətinə təhlükə yaradan zəhərli maddə hesab olunur. Həmçinin, o sulardan yemək hazırlayarkən də istifadə etmək düzgün deyil. Pas səbəbi ilə zəhərlənmə hallarının qarşısını almaq üçün həmin sulardan yalnız təmizlik işlərində yararlanmaq kifayət etməlidir”,-deyə bildirib.

🎬

 Sələf Xəbər: “İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs, nə üçün şükür etmirsiniz?” (Qurani-Kərim, “Əl-Vaqiə” surəsi, 68-70-ci ayələr).

“Uca Allah insanlara, yanğılarını söndürdükləri içməli su haqqında düşünməyi təklif edir. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, insanlar özləri heç vaxt suyu içməli edə bilməzdilər. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, buludlardan heç vaxt yararlı yağış suyu yağmazdı. Əgər O (Pak və Müqəddəs), istəməsəydi, yer üzündə böyük və kiçik çaylar axmazdı və yerin təkindən bulaqlar fəvvarə vurmazdı. Əgər Onun mərhəməti olmasaydı, onda insanların ləzzətlə qəbul etdiyi içməli su olmazdı, bütün sular duzlu, acı, faydasız olardı. Yaxşı, bəs, siz niyə bu böyük lütfkarlığına görə Uca Allaha şükür etmirsiniz?” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031