Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Bu xəstəlik insanı kor edə bilir

Yanvar 31
18:10 2015

Bu təhlükəli xəstəlik dünyada 4,5 milyon insanın kor olmasının səbəbkarı hesab edilir.

Bəzi xəstəliklər birbaşa gözə təsir edir. Bu xəstəliklər gözdə müəyyən problemlərə səbəb olmaqla yanaşı korluğa da gətirib çıxara bilir.

“Sələf Xəbər” Tabloid.az istinadən hansı xəstəliklərin korluğa səbəb ola biləcəyini araşdırıb.

Göz həkimləri hər kəsə mütəmadi olaraq gözlərini müayinə etdirməyi məsləhət görürlər. Çünki göz çox həssas orqandır. Ona laqeyd yanaşsanız, bədəninizin dünyaya açılan pəncərəsini ömürlük itirə bilərsiniz.

Bir çox insanın qorxulu yuxusu olan korluq təkcə göz xəstəliklərinin nəticəsi olaraq ortaya çıxmır. Statistika göstərir ki, şəkər xəstəliyi korluğun əsas səbəblərindən biridir. Bu təhlükəli xəstəlik dünyada 4,5 milyon insanın kor olmasının səbəbkarı hesab edilir. Şəkər xəstəliyi üzündən kor olmaq halları daha çox 40 yaşı ötən insanlarda müşahidə edilir.

Tədqiqatçılar göz təzyiqinin də korluq yaratdığını bildiriblər. Onların sözlərinə görə, göz təzyiqi korluğa səbəb olan ikinci ən təhlükəli xəstəlikdir.

Bir çox insanın ciddi qəbul etmədiyi və buna görə də vaxtında müalicə tədbirləri görmədiyi bu iki xəstəlik adamı ömürlük qaranlığa məhkum edə bilər.

Odur ki, vaxtı-vaxtında müayinədən keçməyə və sağlamlığınızın düşmənləri olan xəstəliklərlə doğru şəkildə mübarizə aparmağa çalışın.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah elə bir xəstəlik göndərməyib ki, onun müalicəsini göndərməsin”. (Buxari)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930