Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

Bütün xərçəng növlərini bir analiz təyin edir

Avqust 05
13:37 2014

Britaniyalı alimlər xərçəngin bütün növlərini təyin etməyə qadir qan analizi tipi hazırlayıblar.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu metod həkimlərə xərçəngi vaxtında təyin etməklə bir çox xəstələri ağrılı, bahalı və lazımsız invaziv prosedurlardan azad etməyə imkan yaradacaq.

İlkin nəticələr göstərib ki, bu sadə analiz xəstələrdə melanoma, yoğun bağırsaq və ağciyər xərçəngi və xərçəngöncəsi durumunu sadəcə qanı yoxlamaqla yüksək dəqiqliklə aşkar edir.

Həmçinin bu analiz xərçəng təhlükəsi durumunda xırda xərçəng şişlərinin yaranmasını da təyin edir ki, günümüzdə bunu başqa metodla tapmaq qeyri-mümkündür.

Tədqiqatçılar leykositləri ultrabənövşəyi (UB) şüalarla işıqlandırıblar və zədələnmiş DNT-nin bütün dəyişikliklərini aşkarlayıblar. Onlar deyirlər ki, xərçəng xəstəliyi olan insanların zədələnmiş ağ qan cisimcikləri ilə sağlam adamların ağ qan cisimcikləri arasında dəqiq fərq var.

Ağ qan cisimcikləri orqanizmin təbii müdafiə sisteminin bir hissəsidir. Xərçəng və digər xəstəliklərlə mübarizə zamanı onlar da stressə məruz qalır. Alimləri maraqlandırırdı ki, onlara UB şüalarla təsir etməklə nəsə görmək olarmı.

Məlum oldu ki, xərçəng xəstələrinin DNT-si UB şüa ilə təsir etdikdə daha tez zədələnir, nəinki sağlam adamlarda.

“Ey Allahın qulları, müalicə olunun. Çünki ALLAH qocalıqdan başqa dərmansız heç bir xəstəlik verməyib” (İbn Macə).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930