Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Buzlaqların əriməsi rekord həddədir

Avqust 05
14:31 2015

Sürix Universiteti nəzdindəki Ümumdünya Buzlaq Monitorinq Xidməti (ÜBMX) dünya buzlaqlarının sürətlə əridiyini bildirir.

“Sələf Xəbər” Avropa.infoya istinadən məlumat veriri ki, xidmət tədqiqatlara əsasən buzlaqların çoxunun hər il 0,5-1,0 metr səviyyəsində buz təbəqəsi itirdiyini nəzərə çatdırır. Qurum bu göstəricinin XX əsrin orta göstəricilərindən 2-3 dəfə çox olduğunu bəyan edir. Bu prosesi “qlobal fenomen” sayan qurum iqlim dəyişikliklərinin təsiri olmadan da buzlaqların sürətlə əriməkdə davam edəcəyini proqnozlaşdırıb.

Tədqiqatlara görə, buzlaqların əriməsinin əsas hərəkətverici qüvvəsi hərarətin bütün dünya üzrə getdikcə artmasıdır. XVI-XIX əsrlərə aid “kiçik buz dövrü”ndə buzlaqların sahə və həcmi artsa da, hazırda bir çox amillərin təsirilə “qlobal tendensiya hərarəti” getdikcə artır.

Tədqiqatlara görə, Alp dağları, Alyaska yarımadasındakı buzlaqlar ən çox təhlükə altında olan regionlardır. Bəzi regionlarda, xüsusilə Norveçdə buzlaqların sahəsinin artması kimi təsəlliverici müşahidələr də var.

Xidmət tədqiqatın nəticələrini 120 ildən yuxarı aparılan mərkəzləşdirilmiş reyestrin məlumatları əsasında tərtib edir. Adı çəkilən reyestrdə dünya üzrə 2300 buzlağa aid məkandan, havadan və kosmosdan 47000 məlumat toplanıb.

Sələf Xəbər: Uca Allah öz dəqiq və mükəmməl hesablamasına müvafiq olaraq yaradır. O qeyd-şərtsiz hər şeyi yarada bilər və bunun üçün mütləq imkana malikdir. O hər bir şeyi nümunəsiz və misilsiz yaratdı. Onun yaratdıqları cürbəcürdür və hesablanması mümkünsüzdür. Uca Allahın yaratdığı hər bir şey O onu yaratmadan öncə mövcud olmamışdır və onun haqqında heç kim bilməmişdir.
Uca Allah buyurur: “De: “Hər şeyi yaradan Allahdır. O Təkdir, (hər şeyə) Qalib gələndir”. (Qurani-Kərim, “Ər-Rəd” surəsi, 16-cı ayə)
“De: “Allah – bütün varlığın Vahid Xaliqidir”. Həqiqətən də, məxluqlar özləri kimilərini yaratmağa qadir deyillər və öz Yaradanı olmadan yaşaya bilməzlər. Bu isə o deməkdir ki, bütün varlıqların Allahı və Yaradanı vardır ki, O, heç bir şərikə möhtac deyildir. O – Vahid və Qüdrətli, Təqlidedilməz və İxtiyar Sahibidir. Məxluqlar güc baxımından bir-birilərindən gücdə və qüdrətdə üstün olurlar, lakin onların hamısı bu barədə Vahid və Qüdrətli Allahdan geri qalırlar. Qüdrət və bənzərsizlik qarşılıqlı əlaqədədir və təkcə Ona məxsusdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930