Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Çay içmək faydalıdır

Sentyabr 03
16:12 2014

“Sələf Xəbər” dailymail.co.uk saytına istinadən bildirir ki, sən demə, gün ərzində içdiyimiz içkilərdən ən faydalısı çay imiş: bir araşdırmanın nəticələrinə əsasən, çay erkən ölüm riskini azaldır.

Araşdırma sübut edib ki, çay içən insanlar, çay içməyən insanlardan ürəklə əlaqəli olmayan səbəblərdən erkən ölüm riskinə ¼ dəfə daha az məruzdurlar. Mütəxəssislər bildirir ki, çay içmək qəhvə içməkdən daha faydalıdır. Qəhvə sevərlər sağlam həyat tərzinə daha az meylli və siqaret aludəçisi olurlar.

Çayı faydalı edən, tərkibindəki flavonoid maddələr, ürək üçün xeyirli antioksidant inqrediyentlərdir. Araşdırmaya rəhbərlik edən Professor Nikolas Dançin bildirib ki, əvvəl həyata keçirilmiş tədqiqat nəticəsində, çayın və qəhvənin insan sağlamlığına divergent təsir göstərdiyi meydana çıxmışdır. O əlavə edib: “Əgər çay və qəhvə arasında seçim etməli olsanız, daha yaxşı olar ki, çay içəsiniz”.

Araşdırmaya 2001-ci ilin yanvar ayından 2008-ci ilin dekabr ayına qədər Paris IPC Profilaktik Tibb Mərkəzinə baş çəkmiş, ürək-damar xəstəliklərinə tutulma riski aşağı olan 18-95 yaşlar arasında 131, 401 insan cəlb edilib.

95 insan ürək-damar xəstəliklərindən, 632 insan isə digər xəstəliklər səbəbilə dünyasını dəyişib. Anket sorğusu nəticəsində qəhvə və ya çay istehlakı dəyərləndirilmiş və aşağıdakı kimi təsnif edilmişdir: heç içməyənlər, gündə 1-4 fincan içənlər və ya 4 fincan içənlər. Tədqiqatçı alimlər aşkar ediblər ki, qəhvə içən insanların, içməyən insanlarla müqayisədə ürək-damar xəstəliklərinə tutulma riski daha çoxdur. Xüsusilə buna səbəb siqaret çəkmək olub. Belə ki, gün ərzində 4 fincandan çox qəhvə içənlərin 57%-i siqaret çəkənlər olub. Qəhvə içməyənlər fiziki cəhətdən daha fəal olub: qəhvə sevərlərlə müqayisədə, qəhvə içməyənlərin 45%-i fiziki cəhətdən kifayət qədər aktiv olub.

Yüksək kofeinə malik enerji içkiləri ürək xəstəliklərinə səbəb olur “Çoxsaylı əhalimiz üçün bu böyük əhəmiyyət kəsb edir”, Avropa Kardiologiya Cəmiyyətinin Barselonada keçirilən iclasında Professor Dançin bildirib. Çay qan təzyiqinə təsir göstərir, çay içməyənlərlə müqayisədə, çox çay içənlərin qan təzyiqi göstəriciləri kifayət qədər aşağıdır.

Professor Dançin bildirib: “Ümumilikdə qəhvə içənlərin ürək-damar sistemi xəstəliklərinə tutulma riski yüksəkdir, çay içənlərdə isə bu risk aşağıdır. Həmçinin biz qadın və kişilər arasında da böyük fərqlər aşkarladıq. Kişilər qadınlardan daha çox qəhvə içir, qadınlar isə kişilərdən daha çox çay içir”.

Son zamanlar ürək-damar xəstəlikləri riskini azaltmaq üçün çay içmək dəbdə olsa da, statistikaya əsasən yaş, cins və siqaret çəkmə faktorlarına görə nəticələr nəzərə çarpacaq dərəcədə əhəmiyyətli olmayıb.

Lakin çay, ümumiyyətlə çay içməyənlərlə müqayisədə çay içənlərdə qeyri-ürək-damar sistemi xəstəliklərindən ölüm səbəbinin ¼ dəfə azalmasına səbəb olur. Araşdırma zamanı çayın növü və ya çaya süd əlavə edilib-edilmədiyi müəyyən edilməyib. İştirakçılardan sadəcə gün ərzində neçə fincan çay içdikləri soruşulub.

Parisdə yerləşən Hôpital Européen Georges Pompidou xəstəxanasının professoru cənab Dançin bildirmişdir: “Çay içmək, qeyri-ürək-damar sistemi xəstəliklərdən ölüm səbəbinin 24 faiz azalmasına və ürək-damar sistemi xəstəliklərindən ölüm səbəbinin azalmasına doğru meyllilik statistik cəhətdən nəzərə çarpacaq dərəcədə olub”.

O əlavə edib: “Maraqlıdır ki, çayın qeyri-ürək-damar sistemi xəstəliklərindən ölümə təsiri cari və ya keçmişdə siqaret çəkənlərdə aşkarlanıb, siqaret çəkməyənlərə təsiri isə neytral olub”. Qəhvə qeyri-ürək-damar sistemi xəstlikləri səbəbilə ölümü əhəmiyyətli dərəcədə çoxaldıb, lakin bu təsirin siqaret çəkməyin nəticəsi ola biləcəyi nəzərə alındıqda, bu çoxalmış risk aradan qalxmışdır.

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930