Çayın xeyirli və ziyanlı tərəfləri
Fevral 24
20:06
2015
1. 045 dəfə baxılıb
Azərbaycanlıların ən sevimli içkisi olan çayın xeyirli və ziyanlı tərəfləri var.
“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına görə, çayı yeməkdən dərhal sonra içməyin. Çünki bu zaman çay dəmirin bədənə hopmasının qarşısını alaraq anemiyaya (qan azlığı) səbəb olur. Xüsusilə, qadınlar daha diqqətli olsunlar.
Çayı əsas yeməklərdən 1 saat sonra için. Şəkərsiz içməyə çalışın. Şəkərsiz çay kökəlməyin və diabetin yaranmasının qarşısını alır. Çayı su əvəzi içməyin. Çox çay içmək təzyiqin qalxmasına səbəb ola bilər.
Yatmamışdan əvvəl içilən çay isə yuxusuzluğa gətirib çıxarır.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?” (Xatib əl-Bağdadi, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir.)