Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Çin “Superstar”ı- şəhər üzərində şəhər – FOTO – VİDEO

May 30
16:03 2015

“Sələf Xəbər”in xezerxeber.com-a istinadən xəbərinə görə, Çin Xalq Respublikasının “MAD“ şirkətinin memarları “standart korporativ arxitektura”ya son qoymaq məqsədilə yeni layihə təklif ediblər.

Çin “Superstar”ı adlanan göydələnin forması adi insan təxəyyülünə sığmır və sanki yadplanetlilərin kosmik gəmilərini xatırladır.

“Superstar” şəhər üzərində, havadan bir neçə yüz metr asılı qalacaq. Maraqlıdır ki, göydələnin şəhərdən heç bir asılacağı olmayacaq. Ərzaq məhsullarını özü yetişdirəcək, tullantıları emal edəcək, insanların yaşayışını təmin etmək üçün zəruri strukturlara malik olacaq. Burada hətta kurort yerləri, idman qurğuları və içməli su mənbəyi olan göl də nəzərdə tutulub. Layihəyə görə, “Superstar” ərazisində kiçik qəbiristanlıq da yaradılacaq.

Başqa sözlə, təqribən 15 min nəfərin məskəni olacaq “Superstar” həm də miniatür ekosistem deməkdir.

🎬
📷

Aerial Photographs Of Europian Cities mad_02

Sələf Xəbər: Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Dekabr 2021
M T W T F S S
« Feb    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031