Çində dünyanın ən uzun yeni şüşə körpüsü salınıb – FOTO
2. 101 dəfə baxılıb
Çində Tyanmenşan milli parkında “Qıvrılan əjdaha” adlı yeni şüşə körpü turistlərin istifadəsinə verilib.
Şüşə körpünün uzunluğu 100 metr, eni yarım metrdən bir az çoxdur. Yerdən 1500 metr hündürlükdə asılan körpünün şüşələrinin qalnlığı isə 6 sm-ə qədərdir.
Bu, Çində Tyanmen dağında salınan üçüncü şüşə körpüdür. Çinin Çjantzyatze kanyonu üzərində tikilmiş İlk şüşə körpü 2011-ci ilin noyabr ayında istifadəyə verilmişdi. İkinci şüşə körpünün açılışı isə bu ilin may ayında baş tutub. Onun tikintisinə 3,5 milyon dollar vəsait xərclənilib. Salınan yeni üçüncü yeni şüşə körpü də digərləri kimi sıldırım qayalar üzərində tikilib.
Sələf Xəbər: Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.
Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)