Çox oturanlara xəbərdarlıq
859 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, mütəxəssislər sizin sağlamlığınız üçün təkcə siqareti tərk etməyi, idmanla məşğul olmağı və sağlam qida yeməyi tələb etmirlər. Həmçinin sizdən uzun müddətli oturmamağı da tələb edirlər.
Amerikanın Wisconsin Madison universitetinin tədqiqatçıları orta hesabla 50 yaşIı 2031 insanın fiziki fəallığını yoxlayıb onların gündəlik neçə saat oturduqlarını öyrənərək ürəklərini test ediblər.
Araşdırmanın nəticəsinə görə, onların oturduqları hər bir saat nəticəsilə ürək koronar arteriyasının kalsifikasyonunun (əhənglənməsinin) təhlükəsinin 14% artmasına gətirib çıxarır. İdmanla məşğul olan gənclər də məşğul olmayanlara nisbətdə az təhlükədə olmamışlar. Çünki uzun oturaq həyat sürməklə idmanın səhhətə olan müsbət təsiri də azalır.
Araşdırma dayanmadan oturaq saatlarını bir və ya iki saat edərək hər saat arasında bir neçə dəqiqə gəzməyə çağırmış və bildirmişdir ki, hər gün yarım saat idmanla məşğul olmaq ürəyi qorumağa səbəb olur.
Qeyd edək ki, dünyada ölümə ən çox ürək xəstəliklərinin səbəb olduğu bildirilir.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bəndə Qiyamət günü dörd şeyin haqq-hesabını verməmiş ayaqları yerindən tərpənməyəcək (heç yerə gedən deyil). Həmin şeylər bunlardır: Bəndə öz ömrünü nəyə sərf edib? Elmindən hansı işlərdə istifadə edib? Mal-dövlətini nəyə xərcləyib? Bədənini hansı işdə korlayıb?” (Xatib əl-Bağdadi, Şeyx Albani bu hədisin səhih olduğunu təsdiqləmişdir).