Çox uşaq doğmaq xərçəngin inkişafı riskini azaldır
1. 792 dəfə baxılıb
10-dən çox uşaq dünyaya gətirmiş 5 000-dən artıq qadın üzərində tədqiqat aparmış fin alimləri belə bir nəticəyə gəlib ki, çox sayda uşaq doğmaq xərçəngin inkişafı riskini əhəmiyyətli dərəcədə azaldır. Bütövlükdə 10-dan çox uşaq doğmuş qadınlar arasında xərçəng xəstələrinin faizi 24% aşağı, süd vəzi xərçəngi xəstələrinin və kiçik çanaq orqanlarının xərçəngi xəstələrinin faizi isə — 50%-dən çox aşağı idi, “Med-info” xəbər verir.
Alimlər güman edir ki, ilk uşağın doğum vaxtı böyük rol oynayır. Tədqiq edilən qadınların yaşı Finlandiyada ilk hamiləliyin orta yaş göstəricisindən 5 yaş aşağı olub. Hesab edilir ki, birinci uşağı 20 yaşa qədər doğmaq ilk uşağını 30 yaşdan sonra doğmuş qadınlarla müqayisədə süd vəzi xərçənginin inkişafı riskini azaldır. Məsələ ondadır ki, hamiləlik süd vəzi hüceyrələrində mübadilə proseslərinə dəyişikliklər edərək onları xərçəngə qarşı dayanıqlı edir.
“Növbəti vəzifəmiz — bir, iki və üç uşağın doğmağın xərçəngin inkişafı riskinə necə təsir etdiyini anlamaqdır”, — Helsinki University Central Hospital-ın tədqiqatçısı Yuuxa Tapanaynen (Juha Tapanainen) deyir.
Sələf Xəbər: Bilmək lazımdır ki, xalqın çox saylı olması –onun gücüdür. Buna görə Şueyb peyğəmbər (Allahın ona salamı olsun) öz xalqına belə dedi: “Xatırlayın ki, siz az idiniz, O sizi çoxaltdı.” (Müqəddəs Quran, “Əraf” surəsi, 86-cı ayə). Bununla əlaqədar olaraq, Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanları çoxuşaqlı ailələr sahib olmağa həvəsləndirirdi: “Sevən və doğar qadınlarla evlənin! Həqiqətən, mən sizin çoxluğunuzla fəxr edəcəyəm” (Əbu Davud).
Xalqın çoxluğu həmçinin Uca Allahın bizə verdiyi nemətlərdən biridir. Buna görə, Uca Allah İsrail oğullarına bəxş etdiyi nemətləri sadalayaraq buyurur: “Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq.” (Müqəddəs Quran, “İsra” surəsi, 6-cı ayə).