Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Çox yatanlar, bu xəbər sizin üçündür

Noyabr 26
10:12 2014

Alimlərin müxtəlif yaş qruplarından olan insanlar üzərində apardıqları araşdırmalardan sonra məlum olub ki, həddən artıq çox yuxu insan beyninə yuxusuzluq qədər neqativ təsir göstərir.

“Sələf Xəbər”in Milli.Az-a o da Rusiya KİV-ə istinadən məlumatına görə, Uorvik universitetinin alimləri 50-64 yaş arası 9000 adam üzərində araşdırma aparıblar. Gün ərzində 8 saatdan az yatan adamlarda yaddaş və diqqət problemləri üzə çıxıb. Gün ərzində 8 saatdan çox yatan adamlarda da analoji problemlər ortaya çıxıb.

Araşdırmanın müəlliflərindən biri, professor Françesko Kappussio deyir ki, yalnız doğru miqdarda yuxu yaşlı adamlarda əqli geriləmənin qarşısını ala bilər: “Fiziki və əqli sağlamlıq üçün yuxu olduqca vacibdir”.

Optimal yuxu ahıl yaşlarındakı insaların beyinlərinin funksiyasını normada saxlayır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur.” (Müqəddəs Quran, “Furqan”, 47-ci ayə).

“Uca Allah Öz xeyirxahlığı və mərhəməti sayəsində gecəni sizin üçün örtü etmişdir. Gecə qaranlığı sizi hər tərəfdən əhatə edir və sizə təhlükəsiz bir yerdə sığınmağa və rahat yuxuya dalmağa imkan verir. Siz yuxuya gedir və gündüzün vurnuxmalarından qurtarıb istirahət edirsiniz və əgər Allah gecəni yaratmasaydı, onda siz tam rahatlıq əldə edə bilməzdiniz. Fasiləsiz çalışmağınızın sizə çoxlu zərər vurmasına baxmayaraq, siz işləməkdə davam edərdiniz. Həm də, əgər gecə həmişəlik davam etsəydi, onda siz dünyəvi və Axirət həyatınız naminə mükəmməl işləyə bilməzdiniz və buna görə də Rəbb sizin üçün gündüzü yaratmışdır. Günün gündüz çağında siz canlanırsınız və yer üzünə yayılaraq Allahın nemətlərini axtarırsınız. Sizdən kimisi ticarətlə məşğul olur, kimisi də uzaq ölkələrə səfərə çıxır, digərləri – müxtəlif peşələrlə və işlərlə məşğul olurlar ki, öz ehtiyaclarını və tələbatlarını ödəyə bilsinlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930