Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dəmiryol vağzalı təmirdən sonra belə görünəcək – FOTO

Fevral 01
16:25 2016

Bakıdakı dəmiryol vağzalının əsaslı təmirinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, əsaslı təmir çərçivəsində stansiyada yeni platformalar yaradılıb, dəmir yolları Avropa standartlarına uyğun təmir olunub. Qatarlardan düşən sərnişinlərin “28 May” metrosu və əks istiqamətdə hərəkət etmələri üçün iki tunel tikilir.

Dəmiryol vağzalının yeni layihəsinin müəllifi “Archico” şirkətidir.

📷

743698-01 743698-02 743698-05 743698-06

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Müqəddəs Kitabda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər Quranda bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031