Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dərman istifadəsi zamanı yeməyə diqqət etmək vacibdir

Mart 10
20:58 2015

Əskişəhir Osmangazi Universitetinin Tibb fakültəsinin Farmakologiya sahəsi üzrə professoru Kövsər Erol, dərman istifadə edənlərin mənfi təsirə yol açmaması üçün yediklərinə ciddi diqqət etməsinin lazım olduğunu vurğulayıb.

Kövsər Erol, dərman istifadə edənlərə yediklərinə diqqət etmələrini xəbərdarlıq edərək, hər gün fərqinə varmadan yediyimiz qidaların da bəzi dərmanlarla mənfi təsiri və sağlamlığımızı təhlükəyə ata biləcəyi daima nəzərimizdə olmalıdır deyib.

“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən xəbər verir ki, doktor verdiyi açıqlamada, insanların getdikcə daha çox dərman istifadə etməyə başladığını bildirərək, bəzi hallarda qısa müddətli istifadə edilən ağrıkəsicilər, allergiya dərmanları, antibiotiklər və uzun müddətli istifadə edilən xolesterini tənzimləyən, qan laxtalanmasına təsir edən dərmanlar, hipertoniya, epilepsiya, diabet və depressiya müalicəsində istifadə edilən dərmanların təsirlərinin müxtəlif qidalarla dəyişəcəyini söyləyib.

Dərmanların insanın aclıq və toxluq halına da təsirləri olduğunu qeyd edən Erol, “Unutmamaq lazımdır ki, bəzi dərmanlar, qidalarla mənfi təsir yaradır və onların ac qarnına olmaları tədbirlərinin yetərliliyi üçün son dərəcə vacibdir. Qidaların mədəni tərk etmə müddəti, mədənin dolu olub-olmamasına görə dəyişərək təxminən iki saata qədər davam edir. O səbəblə aç qarına dərman almaq son yeməkdən iki saat sonra və ya gələcək yeməkdən bir saat əvvəl kimi qiymətləndirilir” bildirib.

O, xüsusilə qalxanabənzər hormonu və dəmir dərmanlarının ac qarına içilməsinin təsiri artıracağına toxunaraq, bəzi dərmanların da qidaların içindəki dəmir, kalsium, alüminium kimi metal birləşmələrə görə təsirlərinin azaldığını qeyd edib.

Süd və süd məhsullarının kalsium, bütün yaşıl yarpaqlı qidaların də dəmir baxımından zəngin olduğuna diqqəti çəkən Erol, bu ifadələri işlədib:

“Təsirinin azalmaması üçün tetrasiklinlər və kinolon qrupu antibiotiklərin bu cür qidalarla eyni anda ağız yolundan alınmaması əhəmiyyətlidir. Bundan başqa, dərmanlar, təsirini göstərdikdən sonra qaraciyər fermentləri parçalanaraq orqanizmdən atılır. Bu fermentlər də bəzi qidalar tərəfindən artırıla bilər. Məsələn, kələm, gül kələm və brüssel kələmi kimi qidaların çox istehlak edilməsi bu istiqamətdə təsir göstərir”.
İnsanların müalicəvi adlandırdıqları təbii məhsulların də riskli olduğunu dilə gətirən Erol, belə deyib:

“Sarımsaq xalq arasında təzyiq və xolesterin salıcı təsirləri ilə şəfalı bir qida kimi dərk edilir. Ancaq sarımsaq çox istehlak edildiyi zaman yanında da aspirin və ya laxtalanmanı yubandıran bəzi dərmanlar içdikdə mədədə, beyində qanaxma riskini artırdığı məlumdur. Sidikqovucu dərmanlar, bədəndə su və duz itkisinə yol açır. Bəziləri natriumu atdığı halda, orqanizmdə kalium təcrübə aparır. Bu üzdən banan, qaysı, qovun kimi kalium baxımından zəngin olan qidaları istehlak edənlər də bu cür dərmanların zərərli təsirlərinə məruz qala bilərlər”.

Erol, spirtli içkilərin bəzi dərmanlarla çox ciddi problemlərə səbəb ola biləcəyinə diqqəti çəkərək, bunları qeyd edib:

“Göbələk xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərman və antibiotiklər, təzyiq yüksəlməsi və döyüntü kimi təhlükəli nəticələrə yol aça bilər. Bununla yanaşı, mədə narahatlığı yarada bilən ağrı kəsicilərlə spirt istifadəsi mədə qan sızmasına, diabet, epilepsiya və allergiya müalicəsində istifadə edilən bəzi dərmanlar da mənfi, sağlamlığı təhdid edən təsirlərə yol açır”.

Professorun sözlərinə görə, bütün bunlar nəzərə alındıqda hər gün fərqinə varmadan yediyimiz qidaların da bəzi dərmanlarla birləşərək fəsadlara yol açmasının qarşısını ala bilərik.

“İstifadə etmək məcburiyyətində olduğumuz dərmanlar barədə əczaçı və həkimlərlə məsləhətləşmək və bu sürədə düzgün qidalardan istifadə etmək bu mənfi nəticələrin qarşısının alınması üçün olduqca əhəmiyyətlidir”.

Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatında misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

ARXİV

Dekabr 2024
M T W T F S S
« Feb    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031