Dərmanla arıqlamaq istədi, amma dünyasını dəyişdi – SOS
1. 599 dəfə baxılıb
Arıqlamaq üçün təqdim olunan bu cür dərmanlar piyləri əritmək əvəzinə orqanları yandırır.
“Sələf Xəbər”in www.alanba.com-a istinadən verdiyi xəbərə görə, britaniyalı bir qadın internet vasitəsi ilə arıqlamaq üçün aldığı dərmanı qəbul etdikdən sonra daxili orqanları yanmış, mədəsi partlamış və dərhal dünyasını dəyişmişdir. Dərman bədəndəki artıq piyləri əritmək əvəzinə, orqanları yandırmışdır.
21 yaşlı Olis Emi Bari “Denitrofenol”, yaxud müxtəsər olaraq “DNP” adı ilə tanınan dərman pereparatlarını qəbul etmişdir. “Qardian” qəzetinin məlumatına görə, Birinci Dünya müharibəsi dövründə fransızlar partlayıcı maddə düzəltmək üçün bu zəhərli kimyəvi maddədən istifadə edirdilər.
Maddələr mübadiləsini sürətləndirdiyi, bədəndəki artıq piyləri qısa vaxtda əritdiyi və qıvraq bədən quruluşu formalaşdırdığı iddia olunan bu dərman internet vasitəsi ilə reklam olunur.
Adı çəkilən qadın bu ilin aprel ayının 12-də aldığı dərmandan bir neçə kapsula qəbul etdikdən sonra daxilində güclü ağrılar hiss etmiş və dərhal xəstəxanaya çatdırılmışdır. Həkimlər deyiblər ki, bu dərmandan bir-iki kapsula qəbul etmək insanı öldürmək üçün yetərlidir.
Qəribədir, həkimlər iddia edirlər ki, gənc qız daha tez arıqlamaq üçün bir dəfəyə səkkiz ədəd kapsula qəbul edib, bu da onun ölümünə səbəb olub.
Həkimlər sertifikatı olmayan internet saytlarından dərman almağı, yaxud həkim məsləhəti olmadan bu kimi dərmanlardan istifadə etməyi qəti şəkildə qadağan edirlər.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühüm nemət – sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq, 1, 60; Tirmizi, Zühd, 1; İbn Məcə, Zühd, 15; Əhməd ibn Hənbəl, Müsnəd, I, 344)