Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dilçilik İnstitutu: “Dərsliklər şagirdlərin qavraması nəzərə alınmadan yazılır”

May 26
15:50 2016

“Azərbaycanda 5-ci sinif dərslikləri akademik səviyyədə yazıldığından orta məktəb şagirdləri başa düşmürlər. Bu sahə üzrə təcrübəli mütəxəssis kimi deyə bilərəm ki, orta məktəb dərslikləri şagirdlərin qavrama qabiliyyəti nəzərə alınmadan yazılır. Dərsliklərində dilin ədəbi normalarının qorunması baxımından müəyyən problemlər var”.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında çıxış edən Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib. Onun sözlərinə görə, küçələrdəki afişalarda bəzi obyektlərin adlarında dilin normalarının pozulması hallarına tez-tez rast gəlinir. Bu problemin həlli istiqamətində bəzi rayonların İcra hakimiyyətləri ilə razılığa gəlinib və hansısa müəssisənin adının seçilməsində institutun da rəyi nəzərə alınır: “Məsələn, “supermarket” sözü bəzən ayrı və ya defislə yazılır. Bunun vahid formada yazılışını müəyyənləşdirmək lazımdır. Bəzi şadlıq evləri, supermarketlər, hətta bizim mentalitetə uyğun gəlməyən formada adlandırılır. Bu istiqamətdə də müəyyən maarifləndirmə işləri həyata keçirilir. Dilçilik İnstitutu belə halların qarşısını almaq üçün monitorinqlər keçirir və “Qaynar xətt” vasitəsilə onların vaxtında aşkarlanaraq qarşısının alınmasına calışır”.

İnstitut direktoru vurğulayıb ki, Dilçilik İnstitutun alimləri ölkənin ali məktəbləri üçün də dərsliklərinin hazırlanmasında iştirak edir. Onun sözlərinə görə, təkcə Azərbaycan vətəndaşları üçün deyil, əcnəbi tələbələr üçün də “Azərbaycan dili” dərsliyinin hazırlanması lazımdır.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Elm tələb etmək hər bir müsəlmana fərzdir!” (İbn Macə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930