Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dondurulmuş qidalar haqqında bilmədiklərimiz

Fevral 09
15:48 2015

“Sələf Xəbər” www.dailymail.co.uk saytına istinadən dondurulmuş qidaların faydaları barədə məqaləni təqdim edir:

Dondurulmuş qidalar yaxşı ad qazanmasa da, mütəxəssislərin rəyinə əsasən, meyvə, tərəvəz və digər məhsulları dondurucuya yerləşdirdikdə onlar öz faydalı vitaminlərini və minerallarını qoruyub saxlayır.

Qidaları sürətlə dondurmağa imkan verən texnologiyalar sayəsində onların ləzzətini də ilk günkü kimi qoruyub saxlamaq mümkündür. Çünki qidaların dondurulma sürəti onların dadına birbaşa təsir edir.

Qida donduqda, daxilindəki və xaricindəki rütubət buz kristalları əmələ gətirir. Qida nə qədər yavaş donursa, buz kristalları bir o qədər böyük olur. Buz kristalları qidanın quruluşuna və beləliklə, onun dadına böyük zərər vurur.

Ət dondurucuda gözəl şəkildə donur və protein, minerallar və A və D vitaminləri də daxil olmaqla qidalı maddələri tərkibində saxlayır. Dondurulmuş əti 6 ay ərzində istifadə etmək lazımdır, daha sonra o korlanır. Tərkibindəki qidalandırıcı maddələr qalsa da, uzun müddət sonra ət sulu, yumşaq və dadsız olur. Ətin buzunu açmaq üçün mikrodalğalı sobadan istifadə etməyin, çünki mikrodalğalı soba əti qeyri-bərabər şəkildə bişirir. Xəmir və yarı-bişmiş çörəyi asanlıqla dondurmaq olar, lakin onları sobaya qoymazdan əvvəl otaq temperaturunda donlarının açılmasını gözləyin. Bunun üçün onları 3 saat otaq temperaturunda saxlayın və dondurucudan çıxmış çörək təzə çörəkdən fərqlənməyəcək.

Dondurulmuş göyərtilərin görünüşü və dadı çox pis olur. Onları dondurub daha sonra donunu açdıqda dadları korlanır, göyərtilər yumşalır və sulu topalara çevrilir.

Zəncəfil, çili və sarımsaq kimi ədviyyatlar isə gözəl şəkildə donur və donları açıldıqda öz keyfiyyətlərini saxlayırlar. Tərəvəzlərlə iş bir balaca qəlizdir. Britaniya Qidalanma Fondundan verilən məlumata əsasən, dondurulmuş qidalar gündəlik rasionumuzun bir hissəsi hesab olunsa da, dondurulduqda onlar yararsız hala düşür. Çünki yerkökü, yunan qabağı, soğan və yaşıl noxud kimi tərəvəzlər 90% sudan ibarətdir, odur ki, onlar dondurulduqda daxillərində böyük buz kristalları əmələ gəlir və onların hüceyrə quruluşunu dəyişir.

Donu açıldıqdan sonra tərəvəzləri qaynatdıqda onlar həddən artıq yumşalır və qida dəyərləri azalır. Odur ki, donu açılmış tərəvəzləri çiy halda salatlarda istifadə etmək tövsiyyə olunur. Dondurulmuş meyvələrə gəldikdə, istehlakçıların seçimi çoxdur. Manqo, ananas, albalı, banan, üzüm, giləmeyvələr, qovun və şaftalı soyulur və doğranır və aylarla dondurucuda qalır. Onları saniyələr içində ləzzətli smuzilərə və ya dondurmalı südlü kokteyllərə çevirmək olar.

Araşdırmalar göstərir ki, antosianin flavonoidləri – meyvələrə parlaq rəngi verən və antioksidant təsiri bəxş edən birləşmələr – dondurulduqda yaxşı qorunur.
Araşdırmalar nəticəsində məlum olub ki, əksər hallarda dondurulmuş qidaların tərkibində təzə qidalardan daha çox antioksidantlar, C vitamini və digər qidalandırıcı maddələr olur.

Süd məhsulları dondurulduqda keyfiyyətləri artmır. Yağlar həddən artıq aşağı temperaturlarda donur, odur ki, pendir, qaymaq və yağ heç vaxt tam donmur və yaxşı qalmır. Yağ və qaymaq 2 həftə sonra acılaşır və turşuyur. Südü asanlıqla dondurmaq və bir ay dondurucuda saxlamaq olar: yarım yağlı süd, tam yağlı süddən daha çox istifadəyə yararlı qalacaq, çünki onun yağ tərkibi nisbətən aşağıdır. Xırdalanmış pendir quruyur və bir neçə həftə sonra dadını itirir. Donu açıldıqdan sonra kif iyi verirsə, bilin ki, xarab olub.
Çiy yumurta dondurucuda genişlənir və sınır, qaynadılmış yumurta isə elastikləşir.

Bir çox çərəzlərin hazırlanmasında istifadə olunan qənnadı məmulatlarını da rahatlıqla dondurmaq olar, lakin onların tərkibində nə qədər çox yağ olsa, onlar bir o qədər az istifadəyə yararlı olacaq.
Evdə hazırlanmış şirniyyatlar 2 həftə dondurucuda qala bilər. Daha sonra yağ xarab olmağa başlayır. Mağaza şirniyyatlarının hazırlanmasında isə bitki yağlarından istifadə olunur, odur ki, onlar daha yüksək
temperturlarda donur və daha çox istifadəyə yararlı olur.

Dondurmanı dondurucuda saxladıqda çətinliklə üzləşə bilərsiz. Dondurmanın tərkibində nə qədər çox süd yağı və qaymaq olsa, o bir o qədər pis donacaq. Evdə hazırlanmış dondurmanı dondurucuda cəmi 1 həftə saxlamaq olar, mağaza dondurmasının tərkibində isə onu aylarla istifadə üçün yararlı saxlayan stabilizatorlar var.

 Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır”. (Buxari)

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatından misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək, görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər, hətta, adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930