Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Donuz kolbasası hər il minlərlə insanı öldürür

Aprel 15
10:43 2014

On minlərlə insan donuz ətindən və ondan istehsal olunan kolbasa məmulatlarından hepatit E virusuna yoluxa bilər, Britaniya hökumətinin ekspertləri bu barədə xəbərdarlıq ediblər.

Tədqiqat məlumatlarına görə, hər il təqribən 65 000 insan bilməməzlikdən kifayətsiz termik emaldan keçmiş donuz ətindən düzəldilmiş məmulatlar yeyərək hepatit E yoluxur.

Kolbasa məmulatlarının 10%-i qaraciyərdə problemlər yaradan və hamilə qadınların ölümünə gətirib çıxara bilən təhlükəli virusu özündə daşıya bilər, The Daily Mail istinadən “Islamnews” xəbər verir.

Hökumət ekspertləri əhalini xəbərdar edir ki, donuz ətindən olan xörəklərin ənənəvi bişirmə üsulları heç də həmişə hepatit virusunu məhv etməyə qadir deyil. Bu virusun qurbanı daha çox 50 yaşından böyük kişilərdir. Eyni zamanda məlum olub ki, hepatit virusu 85% donuzlarda var.

Qeyd etmək lazımdır ki, İslamda və yəhudilikdə donuz yemək qadağan edilmişdir.

“O sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.”

(Müqəddəs Quran, “Bəqərə” surəsi, 73-cü ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930