Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dövlət başçılarından kimlər hansı telefondan istifadə edir?

Mart 31
22:24 2015

“Sələf Xəbər” “əl-Ənbə” saytına istinadən xəbər verir ki, hər hansı bir ölkə başçısı öz telefonunu təhlükəsiz etməsi üçün kod qoymaqla kifayətlənmir, hakerlər və cəsus agentlikləri tərəfindən hücumlara məruz qalmamaları üçün digər qoruyucudan istifadə edirlər.

“Thenextweb” saytı dünyanın ən məşhur səkkiz dövlət başçısının işlətdiyi telefonları təqdim edir:

1.ABŞ Prezidenti Barak Obama

ABŞ Prezidenti Barak Obama Milli Təhlükəsizlik Agentliyi tərəfindən dəstəklənən “BlackBerry” versiyasından istifadə edir. O, bir neçə dəfə BlackBerry şirkətinin telefonlarına böyük etibar etdiyini bəyan da edib. Buna baxmayaraq, onun qızlarının Apple “İphone” telefonlarına meyl etdikləri görünür.

2. Şimali Koreyanın Prezidenti Kim Jong Un

Şimali Koreyanın Prezidenti Kim Jong Unun Milli Təhlükəsizlik konfransındakı fotosundan onun HTC şirkətinin istehsalı olan ağıllı telefon daşıdığı məlum olub.

3. Çinin birinci xanımı Yang Li Yuan

İndiyə qədər Çin Prezidenti Şi Yang Yuanın hansı telefondan istifadə etdiyi məlum deyil. Lakin şəkil çəkərkən onun həyat yoldaşının Apple şirkətinin “İphone” 5 telefonundan istifadə etdiyi qeydə alınıb.

4. Taylandın Baş naziri Yançlok Şina Vatra

Taylandın Baş naziri xanım Yançlok Şina Vatra 5 ağıllı telefon işlədir. Onlardan biri ağ rəngli Nokia “Lumia” 920 telefonudur.

5. Rusiya Prezidenti Vladimir Putin

Rusiyanın Prezidenti Vladimir Putin ağıllı telefonlardan heç birini istifadə etmədiyini demişdi. Lakin 2012-ci ildə onun android sistemi ilə işləyən rusiya istehsalı “MTS-Glonass” 945 telefonunu istifadə etdiyi görülüb.

6.Böyük Britaniyanın hakim ailəsi

Avropaya keçərkən, Böyük Britaniyanın hakim ailəsinin “İphone” telefonlarını sevdiyi bildirilir. Belə ki, keçən ilin yay olimpiyadasında şahzadə Vilyamın “İphone” telefonundan istifadə etdiyi görülüb.

7. Böyük Britaniyanın Baş naziri Devid Kameron

Digər bir tərəfdən İngiltərənin Baş naziri Devid Kameronun BlackBerry telefonunu sevənlərdən olduğunu da görürük.

8. Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel

Keçən ilin Oktyabr ayında Milli Təhlükəsizlik Agentliyinin Angela Merkelin danışıqlarını izlədiyi aydın olduqdan sonra onun telefonu siyasətçilər aləmində ən məşhur telefon olmuşdur. O, müntəzəm olaraq ən azı iki telefon işlədir. Biri ABŞ kəşfiyyatının izlədiyi iddia olunan Nokia 6260 “Slide” telefonudur. Onu yalnız partiyasına aid işlər üçün isifadə edir. Dövlət işlərinə aid olan məsələlərdə isə Merkel “BlackBerry” Z10 telefonundan istifadə edir.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930