Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dubayda “ağıllı” məscidlər peyda olacaq

Oktyabr 21
16:51 2016

Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində “ağıllı” məscidlərin peyda olması gözlənilir.

Selefxeber.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, bu günlərdə Dubayda keçirilən informasiya texnologiyaları üzrə sərgi zamanı “Honeywell” şirkəti tərəfindən yeni bir layihə təqdim olunub.

Layihəyə görə, xüsusi sistem nəticəsində məscid daxilində havanın temperaturuna nəzarət etmək və onu idarə etmək mümkün olacaq. Şarja şəhərindəki Əl-Tövbə məscidində son altı ay ərzində sınaqdan keçirilən bu sistem sayəsində məsciddəki enerji sərfiyyatının 37%-ə qədər azaldılmasına nail olunub.

Sistem avtomatik olaraq GPS-koordinatlarından istifadə edərək gün ərzində məscid daxilindəki havanın temperaturuna nəzarət edə bilir.

Belə ki, yeni sistem sayəsində məscidin yeri və cari tarix haqqında məlumatların köməyi ilə namazın başlanma vaxtı hesablanaraq insanlar məscidə gəlməzdən əvvəl məscidin daxilindəki temperatur azaldılır və içəridəki hava sərinləyir. Namaz bitdikdən sonra isə sərinlətmə sistemi avtomatik söndürülür ki, bunun da sayəsində enerjiyə kifayət dərəsədə qənaət olunur.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”(Müqəddəs Quran, “Nəhl” surəsi, 53-cü ayə)

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031