Dubayda gediş haqqını qol saatı ilə ödəyəcəklər
694 dəfə baxılıb
Birləşmiş Ərəb Əmirliyinin Yol-Nəqliyyat İdarəsi ictimai nəqliyyatda ödəniş kartlarından imtina etməyi planlaşdırır. Əvəzində təmassız ödəniş funksiyasına malik saatlardan istifadə nəzərdə tutulur. “Watch2pay” qol saatları 35-ci “GITEX Technology Week” sərgisində təqdim edilib.
“Qurğu mütəxəssislərimiz tərəfindən sınaqdan keçirilib. Hazırda Dubay sakinlərinin qurğu barədə rəyinin öyrənilməsi və optimal qiymətin müəyyənləşdirilməsi üçün sorğu aparılır” – idarədə gediş haqqının avtomatlaşdırılmış qaydada toplanılması üzrə direktor Xalid Al Avadi bildirib.
“Sələf Xəbər” İKT.az-a istinadən məlumat verir ki, saat daxili kredit kartı ilə təchiz ediləcək. Bunun sayəsində qol saatı ilə yalnız nəqliyyatda deyil, həm də ticarət mərkəzlərində ödəniş etmək mümkün olacaq. Saatın balansı bankomat, kassa və ya mobil proqramlar vasitəsilə doldurulacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)