Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dubayda hotel günəş enerjisi ilə işləyəcək

May 07
12:14 2015

Dubayda günəş enerjisi hesabına özünü elektrik enerjisi ilə təmin edəcək hotel açılacaq.

“Sələf Xəbər”in Trend-ə istinadən məlumatına əsasən, hotel 2017-ci ilin birinci yarısında istismara veriləcək.

170 otaqlı hotel Dubayın yeni yaşayış rayonlarının birində tikiləcək. Hoteldə, həmçinin çirkab suları və tullantılar emal ediləcək.

Günəş batareyalarının ümumi gücü 10 meqavat təşkil edəcək. Bütün günəş panelləri şəhər elektrik enerjisi paylayıcı şəbəkəsinə qoşulub.

Bu, həmin rayonda elektrik enerjisinin qiymətini, təxminən 25-30 faiz azaltmağa imkan verəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930