Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dubayda ilk “uçan avtomobil” nümayiş olunub – VİDEO

Fevral 13
17:31 2017

Birləşmiş Ərəb Əmirliklərində ilk uçan avtomobil nümayiş olunub.

Selefxeber.azReport”-a istinadən xəbər verir ki, Dubayın Yol və Nəqliyyat İdarəsi “World Government Summit” forumunda qeyri-adi nəqliyyat vasitəsini tədbir iştirakçılarına nümayış etdirilib.

Çinin “Ehang” şirkəti tərəfinddən yaradılmış uçan maşın innovasiyalı və ekoloji nəqliyyat vasitəsidir. O, sərnişinləri yaxın məsafəyə daşımaq üçün nəzərdə tutulub. Yeni nəqliyyat vasitəsi yol tıxaclarını radan qaldıracaq.

Bu avtomobillərdə sürücülər olmayacaq. Çünki ona həvəskarlar xüsusi eniş və yüksəliş düymələri ilə idarə edə biləcəklər. Maşınların hərəkətinə nəzarət ümumi komanda mərkəzi ilə həyata keçiriləcək və pis hava şəraitində uçuşlar qadağan olunacaq.

Dubayda yeni uçuş aparatlarının istismara buraxılması müddəti barədə hələlik məlumat verilmir. Yeni avtomobillərin yaradııcıları onun tam təhlükəsiz olduğunu bildirirlər.

🎬

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930