Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dubayda pasportları smartfonlar əvəz edəcək

İyun 09
16:46 2017

BƏƏ sakinləri uçuşdan öncə Dubay Beynəlxalq Hava Limanında terminal-yoxlama məntəqəsində pasportdan istifadə etməyə bilərlər.

Selefxeber.az-ın “РИА Новости“yə istinadən xəbərinə görə, onlar sənəd əvəzinə öz smartfonlarındakı məlumatları təqdim edə bilərlər. Bu, “Smart UAE Wallet” adlı xüsusi mobil tətbiqi sayəsində mümkün olacaq. Bunun üçün sərnişinlər öz smartfonunu “ağıllı giriş” adlanan xüsusi turniketlərə yaxınlaşdırmalı və smartfonu işə salaraq barmaq izini skan etməlidirlər.

Proqram tərtibatçıları bildirirlər ki, bu xidmət terminal məntəqəsində sərnişinlərin hər birinin yoxlanışı zamanı ayrılan vaxta 9-12 saniyə qənaət etməyə imkan verəcək. Eləcə də pasport və digər sənədlərdəki məlumatların təhlükəsizliyi təmin ediləcək. Yüklənmiş mobil tətbiqi sayəsində smartfonda pasport və ya şəxsiyyəti təsdiq edən hər hansı sənəd haqqında məlumatlar saxlanılaraq hava limanında və ya bilet sifarişi zamanı təqdim oluna bilər.

Hələki bu xidmət Dubay Beynəlxalq Hava Limanının 3 terminalında fəaliyyət göstərir. Tezliklə BƏƏ sakinləri bu texnologiyadan aeroportun bütün terminallarında yararlana biləcəklər.

Bundan başqa, gələcəkdə bu tətbiq sayəsində BƏƏ sakinləri dövlət orqan və idarələrində sənəd əvəzinə, smartfonlardakı məlumatları təqdim edə biləcəklər.

Digər xəbərlər