Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünya dillərinin 57%-də cinsiyyəti bildirən əvəzlik yoxdur

Oktyabr 24
17:32 2014

“Sələf Xəbər” t24.com.tr saytına istinadən, Dünya Dil Quruluşları Atlasına əsasən, sözlərinin cinsi motivlər əsasında törəndiyi dillərin bütün dillərin 43%-ni təşkil etdiyini bildirir.

Cinsiyyət əlamətinə malik sözlər uzun illərdir ki, müzakirə obyektinə çevrilib. Bəzi sözlərin cinsi motivlər əsasında törəndiyi, bəzi sözlərin isə həqiqətən bir cinsə işarə etdiyi bildirilir. Dünya dillərinin 57%-də isə cinsiyyəti bildirən əvəzlik yoxdur.

Təfsilatlı, lakin çox əhatəli olmayan Dünya Dil Quruluşu Atlasında hər nöqtə bir dili təmsil edir. Ağ nöqtələr cinsiyyət əlaməti olmayan əvəzliklərin olmadığı dilləri göstərir. Məsələn, ingilis dilindəki “he” və ya “she” əvəzlikləri kimi. Bu dillərdə yalnız “kişi” (və ya “o”) mənasını verən, cinsiyyət əlaməti olmayan sözlər var.

Rəngli nöqtələr isə cinsiyyət əlaməti olan əvəzliklərin olduğu dilləri göstərir. Qeyd edək ki, bu əvəzliklərin də növləri var. Sxemdə də göstərildiyi kimi, dillərin bir qismində (57%-də) cinsiyyət əlaməti olmayan əvəzliklərin istifadə olunmadığını görürük.

Mavi dairəvi nöqtələr (18 ədəd); 1-ci, 2-ci və 3-cü şəxslərin
Qırmızı dairəvi nöqtələr (42 ədəd); 3-cü şəxsin təki və cəminin
Çəhrayı dairəvi nöqtələr (ədəd); 3-cü şəxsin təkinin
Mavi kvadrat nöqtələr (2 ədəd); 1-ci və 2-ci şəxslərin
Çəhrayı kvadrat nöqtələr (1 ədəd); 3-cü şəxsin cəminin
Ağ dairəvi nöqtələr isə (254 ədəd); heç bir əvəzliyin cinsiyyət əlaməti olmadığı dilləri ifadə edir.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930