Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünya əhalisinin çoxu çirkli hava ilə nəfəs alır

May 14
17:55 2016

Üçüncü dünya ölkələri şəhərlərinin 98%-də hava ÜST-nin təmizlik standartlarına cavab vermir.

Dünya şəhərləri əhalsinin təxminən 80%-i smoq (havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir – red.) və çirklili havanın başqa formaları ilə nəfəs alır.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Eyni zamanda, üçüncü dünya ölkələri şəhərlərinin 98%-də hava ÜST-nin təmizlik standartlarına cavab vermir.

Qeyd edək ki, ÜST bu nəticəyə 2008-2013-cü illər ərzində dünya üzrə 67 ölkənin 795 şəhərində araşdırmalar aparmaqla gəlib.

“Şəhər yerlərində havanın çirklənməsi qorxunc dərəcədə artmaqda davam edir. Bu da insan sağlamlığına böyük zərərdir. Digər tərəfdən, şəhər rəhbərləri tədricən bu problemə daha çox diqqət ayırır və havanın keyfiyyətinə nəzarət etməyə başlayırlar. Onlar bu göstəricini yaxşılaşdıra bilsə, dünyada tənəffüs yolları və ürək-damar xəstəliklərinin sayı azalmalıdır”, – deyə ÜST-nin ictimai səhiyyə departamentinin rəhbəri Mariya Neyra bildirib.

Sələf Xəbər: Dində müəyyən qızıl qaydalar (qəvaid fiqhiyyə) vardır ki, İslamın bir çox prinsiplərini özündə ehtiva edir. Bu qaydalardan biri də Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədisinə əsaslanan “Zərər verməkdə yox, zərər almaqda yox!” qaydasıdır.
Bu qayda həyatın bütün sahələrinə aid olub, ətraf mühitin qorunmasına da şamil edilir. Çünki ətraf mühit çirkləndikcə bizim səhhətimiz korlanır, başqa sözlə, ya zərər vuranlardan, ya da zərərə uğrayanlardan oluruq. Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, müxtəlif bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.
Ətraf mühitə vurulan ziyan o qədər böyük ola bilər ki, bu hətta “Nisa” surəsindəki qadağaya belə şamil edilə bilər. Uca Alllah bu ayədə şeytanın insana nə əmr etdiyini göstərərək bundan uzaq olmağı əmr edir: “Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” (Qurani-Kərim, “Nisa” surəsi, 119-cu ayə)
Heç şübhəsiz ki, ətraf mühit də Allahın ən möhtəşəm yaratdıqlarından biridir. Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır. Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)
Biz, insanların verilən bu nemətin qədrini bilməyimiz vacibdir.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031