Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyada bənzəri olmayan kərpic avtomobil – FOTO

İyun 26
18:59 2015

Türkiyədə kərpicdən hazırlanan “Anadol” markalı avtomobil satışa çıxarılıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, Türkiyənin məşur onlayn satış saytı vasitəsi ilə alıcılara təklif olunan avtomobil ölkədə böyük marağa səbəb olub.

1976-ci il istehsalı avtomobili Ankaradan bir nəfər satışa çıxarıb. Elanı yerləşdirən Mehmet Göktuğ Türkoğlu adlı şəxs bu avtomobilin dünyada bənzəri olmadığını söyləyib. Bu unikal avtomobilə 17 min dollar dəyər biçilib. Kərpic avtomobilin sahibi Türkoğlu minik maşınının istifadəyə yaralı olduğunu söyləyib.

Avtomobilin heç bir əlavə xərcə ehtiyac olmadığını deyən Türkoğlu, təcili pul lazım olduğu üçün maşını satmağa məcbur qaldığını bildirib. Kərpicdən avtomobilin xarici görünüşü insanları aldatsada, daxili tamamilə yenilənib. Avtomobil, texnologiyanın son imkanları ilə təchiz edilib.

📷

car car2 car3

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)
Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar”.

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930