Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyada hər 40 saniyədə bir nəfər intihar edir

Sentyabr 05
16:00 2014

Modern.az xarici KİV-ə istinadən bildirir ki, dünyada hər il 800 min adam həyatına qəsd edir.

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, hər 40 saniyədə bir nəfər özünü öldürür. Təşkilatın hesabatında qeyd edilir ki, 2012-ci ildə 804 min nəfər özünə qəsd edib.

Bu isə o deməkdir ki, hər 100 min nəfərdən 11,4 nəfəri intihar edir. Sənəddə bildirilir ki, bir çox ölkədə intihar edənlərin statistikası aparılmır, araşdırmaçıların fikrincə, bəzi hallarda intiharlar bədbəxt hadisə, yaxud başqa formada təqdim olunur. Digər məlumata görə, həyat şəraiti yüksək olan ölkələrdə kişilər qadınlara nisbətən üç dəfə çox intihar edir, orta və daha pis həyat şəraiti olan ölkələrdə isə özünə qəsd edən kişilərlə qadınların sayı demək olar bərabərdir.

Statistikaya görə, yaşı 15-dən 29-a qədər olan insanların ölümünün başlıca səbəblərindən biri intihardır. Bununla belə, 70-dən yuxarı yaşı olan insanların intihara meyllilikləri daha yüksəkdir.

 Sələf Xəbər: “Uca Allah buyurur: “…və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir.” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə).

“Allah müsəlmanlara bir-birini öldürməyi və intihar etməyi qadağan etmişdir. Bu qadağa həm öz həyatı üçün təhlükə yaradılmasına və həm də şikəstlik və ya ölümlə nəticələnən əməllərə yol verilməsinə aid edilmişdir. Allah qullarına qarşı rəhmdildir və Öz lütfü ilə O, onların həyatı və mülkiyyəti haqqında qayğı çəkir, onlara ziyan vura bilən və ya onları həlak edə bilən addımlar atmağı qadağan edir və bir sıra dini məhdudiyyətləri bu müddəa ilə bağlayır.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930