Dünyada ilk 8 Tb-lıq sərt disk qurğusu buraxıldı
955 dəfə baxılıb
“Sələf Xəbər” hi-news.ru saytına istinadən xəbər verir ki, Seagate şirkəti dünyada ilk olan rekord həcmli sərt disk qurğusu buraxıb. 3,5 dyümluq qurğunun həcmi 8 terabaytdır.
Onu başqa sərt disk qurğularından fərqləndirən cəhət az enerji sərf etməsidir.
Seagate, sərt disk qurğusunun həcmini necə artırdığını açıqlamır, lakin şirkətin mətbuat katibi yaxın zamanda təfərrüatları bölüşəcəklərini bildirib.
Xatırladaq ki, 4 ay bundan öncə Seagate şirkəti 6 terabaytlıq sərt disk qurğusu buraxmışdı. Həmin qurğu SMR texnologiyasını istifadə etməklə 4 terabaytlıq diskdən 28% daha sürətlə işləyirdi.
8 terabaytlıq yeni sərt disk qurğusu yalnız məhdud müştəri dairəsində satılacaq. Onun qiyməti də hələ ki açıqlanmır. İlin sonuna kimi qurğunun kütləvi satışlarına start verilməsi ilə eyni zamanda onun qiyməti açıqlanacaq.