Dünyada ilk bionik göz implantı – FOTO
1. 460 dəfə baxılıb
“Sələf Xəbər”in BBC-yə istinadən məlumatına görə, Böyük Britaniyanın Mançester Kral Göz Cərrahiyyəsi klinikasının həkimləri ilk dəfə olaraq bionik göz protezini görmə qabiliyyətini itirən bir pasiyentə köçürüblər.
80 yaşlı Rey Flinnə süni göz köçürülməsi əməliyyatı 4 saat davam edib.
Əməliyyatdan iki həftə sonra xəstə üzərində aparılan testlər zamanı o, implant gözü sayəsində kompyuter ekranında üfüqi, şaquli və diaqonal xətlərin modelini görə bilib.
Bioloji implantant vizual informasiyanı xəstənin taxdığı xüsusi eynəyə yerləşdirilmiş miniatür kamera vasitəsilə alır. Protez göz tərəfindən qəbul edilən təsvirlər elektrik impulslarına çevrilərək naqilsiz kanal vasitəsilə “tor”a bərkidilmiş elektrodlara ötürülür. Buradan isə beyindəki görmə mərkəzinə məlumat göndərilir.
Hal-hazırda Rey Flinn həkimlərin nəzarəti altındadır və onlar xəstənin görmə qabiliyyətinin sürətlə bərpa olunduğunu müşahidə edirlər.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz”. (Qurani-Kərim, “Muminun” surəsi, 78-ci ayə)
“Uca Allah qullarına onlara əta etdiyi nemətləri haqqında xəbər verərək, onların insanları Allaha minnətdarlıq etməyə və Onun qarşısında vəzifələrini qüsursuz yerinə yetirməyə həvəs oyatdığını bildirir. Allah insanlara eşitmə qabiliyyəti vermişdir ki, onlar səsləri eşidib, bundan öz dini və dünyəvi həyatı üçün fayda əldə etsinlər. O, insanlara, həmçinin görmə qabiliyyəti əta etmişdir ki, onlar ətraf aləmi görə bilsinlər və bunu öz mənafeləri üçün istifadə edə bilsinlər. O, insanları, həmçinin ürək və ağılla təchiz etmişdir ki, onların sayəsində insan ətrafında gedən prosesləri dərk edir.
Doğrudanmı sizə bu nemətləri Ətaedənə minnətdarlıq bildirməzsiniz? Doğrudanmı siz təkcə tək Ona ibadət və itaət etməyəcəksiniz? Sizin təşəkkürünüz Allahın sizə fasiləsiz olaraq əta etdiyi bol-bol nemətlərlə müqayisədə necə də azdır!” (Bax: “Təfsir Əs-Saadi”)