Dünyada ilk dəfə günəş enerjisi ilə işləyəcək aeroport
744 dəfə baxılıb
Hindistanın Kerala ştatında yerləşən Koççi aeroportu dünyada tamamilə günəş enerjisi ilə işləyən ilk aeroport olacaq.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, bu barədə “The Economic Times” xəbər yayıb.
Aeroportun 46 150 günəş paneli ilə təchiz olunmuş elektrik stansiyası 12 MVt elektrik enerjisi istehsal edə biləcək.
Xatırladaq ki, aeroport 2013-cü ildə sərnişin terminalının damında 100 kVt-lıq panel quraşdırmaqla qismən günəş enerjisi ilə fəaliyyət göstərməyə başlamışdı. Yük anbarının ərazisində yeni enerji stansiyasının açılışı qeyri-ekoloji enerji mənbəyindən tamamilə imtina etməyə imkan yaradıb.
Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 12-ci ayə)
“Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısınca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir və onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər”. (Bax: “Təfsir Əs-Saadi”)