Dünyanın 10 ən qeyri-adi çiçəyi – FOTO
4. 581 dəfə baxılıb
AzNews.az modern.az saytına istinadla dünyanın ən qeyri-adi 10 bitkisini təqdim edir.
Qızılgül, qərənfil, lalə, zanbaq, səhləb çiçəyi və s. güllərə gündəlik həyatımızda tez-tez təsadüf edirik. Romantik görüşlər zamanı, bayramlarda insanlar bir-birini al-əlvan güllərlə sevindirirlər. Lakin 270 min çiçək növünün olduğu dünyada insanları heyrətləndirəcək və şoka salacaq güllərə də rast gəlmək mümkündür. Belə gülləri nəinki hədiyyə etmək, heç ona yaxın getmək belə məsləhət deyil.
Raffleziya (Raffflesia Arnoldii)
Raffleziya bitkisi kökü və yarpaqları olmayan parazit bitki hesab olunur. Daxilində 5-7 litr su ehtiyatı toplaya bilən Raffleziya daha çox Filippin, Sumatra, Yava və Kalimantan adalarında bitir.
Titanik Amorfofallus (Amorphophallus)
Titanik Amorfofallus ən böyük tropik bitki hesab olunur. Kəskin pis iyə malik bitki 2 gün ərzində 2,5 metr hündürlüyə, 1,5 metr diametrə malik çiçək aça bilirlər. Əsasən İndoneziyanın Sumatra adasında rast gəlinən bitki uzun illər boyu amansızcasına məhv olunub. Buna görə də Titanik Amorfofallusa hazırda daha çox nəbatat bağlarında rast gəlinir.
Volfiya (Wolffia Angusta)
Volfiya dünyanın ən kiçik güllərindən sayılır. Onun ölçüsü 0,5-0,8 mm arasında dəyişir. Əsasən su üzərində yaşayan bu bitki öz adını alman entomoloqu Yohan Volfun adından götürüb.
Bənzərsizlik Psixotriyası (Psychotria Elata)
Dünyanın ən ehtiraslı gülü sayılır. Tünr-qırmızı rənginə görə el arasında bu gülə “isti dodaqlar”da deyirlər. Adətən isti və nəmişliyi sevən Bənzərsizlik Psixotriyası gülünə daha çox Mərkəzi və Cənubi Amerikada rast gəlinir.
Kalaniya Səhləb çiçəyi (Caleana Major)
Bu növ səhləb çiçəkləri daha çox uçan ördək təəssüratı yaradır. Bitkinin özü 50 sm hündürlüyə malik olsa da, çiçəyi 2 sm-lik çiçək aça bilir. Klaniya Səhləb çiçəyi ancaq Şərqi və Mərkəzi Avstraliyada bitir.
Səhləb çiçəyi (Drakaea glyptodon)
Səhləb çiçəyi də yalnız Avstraliyada mövcud olan bitkidir. Dişi arıların ifraz etdiyi feromenlərlə eyni feromenləri ifraz etdiyi üçün bəzən erkək arıların diqqətini özünə cəlb edir.
Afrika Hidnorası (Hydnora Africana)
Əsasən Afrikanın quraq bölgələrində bitən hidnora parazit bitki kimi qonşuluğundakı bitkilərin kökləri ilə qidalanır. Əsasən torpağın altında olsa da, cüzi yağıntıdan sonra yerin üzünə çıxır. Bu zaman Afrika Hidnorasının maksimum hündürlüyü 15-20 sm-ə çatır. Hidnora ətrafa saçdığı iyə görə ona yaxınlaşan bitkiləri yeməklə də qidalanır.
Passiflora (Passiflora Alata)
500-ə qədər müxtəlif növü olan Passiflora 10 sm diametrə malik çiçək aça bilir. Onun əsas bitdiyi ərazilər Cənubi Amerika ölkələridir.
Milçəkyeyən (Drosera)
Milçəkyeyən üzərindəki yaş damcılar hesabına milçək və digər müxtəlif böcəkləri özünə cəlb edir və onlarla qidalanır. Bu bitkilər əsasən Cənubi Amerika bataqlıqlarında və cəngəlliklərində yaşayırlar.
Nepentes Attenboro (Nepenthes Attenboroughii)
2000-ci ildə Filippinin Palavan adasında 3 alim tərəfindən aşkar olunan Nepentes Attenboro bitkisi bu günə qədər tədqiqatlara məruz qalan, maraqlı formalara malik bitkidir. Əsasən gəmiricilərlə qidalanan bitkinin dövrümüzə necə gəlib çatması ilə bağlı elmi mübahisələr davam etməkdədir. Hazırda İngiltərənin Maakferson laboratoriyasında Nepentes Attenboro-nun tədqiqatı aparılır.
“Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi). Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır.”Müqəddəs Quran, “Nəhl” surəsi, 13-cü ay