Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyanın bənzərsiz tuneli – FOTO

Mart 27
23:25 2015

Norveçin Laerdal bölgəsindəki tunel dünyanın ən maraqlı yerlərindən biri hesab olunur.

“Sələf Xəbər”in Publika.az-a istinadən məlumatına görə, tunelin uzunluğu 24,5 kilometrdir. Dünyada bənzəri olmayan bu tuneli qət etmək, təxminən 20 dəqiqəyə mümkündür.

Qaranlıq tuneldə sürücülərin diqqətinin dağılmasının qarşısını almaq üçün də işlər görülür. Tunelin içərisi mavi rənglə işıqlandırılıb. Buna səbəb isə sürücülərin yuxuya getməsinin qarşısını almaqdır. Belə ki, mavi işıq insanın fikrinin dağılmasına mane olur.

Eyni zamanda, tunelin işıqlandırılması insanların tunelin bir sonu olduğuna inandıracak şəkildə təchiz edilib. Bununla yanaşı, tüneldə bir sıra döngələr qoyulub ki, bu da sürücülərə yolu qəzasız-bəlasız keçməyə kömək edir.

📷

4_tunel 5_tunel 3_tunel 2_tunel 1_tunel

Sələf Xəbər: Yaşadığımız bu təbiət Allahın bizə əta etdiyi nemətlərdən sayılır.
Uca Allah buyurur: “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930