Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyanın ən böyük gəmisi

İyun 02
15:42 2015

“Allure of the Seas” dünyanın ən böyük gəmisi hesab edilir.

“Sələf Xəbər” Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu gəmi 362 metr uzunluğunda və tam 4 futbol meydançası böyüklüyündədir.

16 mərtəbədən ibarət olan gəmidə 2700 otaq yerləşir. Hətta basketbol və voleybol meydançası, buz konki cığırı da olan 6360 sərnişin tutumlu bu gəmidə hər nə desəniz var.

3000 ekipajı olan “Allure of the Seas”, hər zövqə cavab verəcək, 5 ulduzlu otellərdən geri qalmayan son dərəcə dəbdəbəli inşa edilmiş ən nəhəng gəmidir.

Sələf Xəbər: Xatırladaq ki, Uca Allah 1400 il əvvəl Quranda, indiyədək bəşəriyyətə məlum olmayan müxtəlif nəqliyyat növlərinin meydana çıxması barədə bizə xəbər verib. Uca Allah buyurur: “Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır”. (Qurani-Kərim, “Ən-Nəhl” surəsi, 8-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, mərhum Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Uca Allah, həmçinin xəbər verir ki, Quran nazil edildikdən sonra da insanların bilmədiyi çoxlu şeylər yaradılacaqdır. İnsanlar quruda, dənizdə və havada istifadə ediləcək müxtəlif əşyalar icad edəcəklər. Onlar bu ixtiraları öz maraqları üçün tətbiq edəcək və onlardan faydalanacaqlar. Allah bu ixtiraları adbaad sadalamır, çünki Quranda Allahın qullarına məlum olan əşyaların adları çəkilmişdir ki, onları mövcud olan digər oxşar əşyalarla müqayisə etmək mümkündür. Əgər bu Kitab nazil edilən zaman hələ mövcud olmayan şeylərin adı xatırlansaydı və insanlar o uzaq zamanlarda belə şeylərin bənzərini görməmiş olsaydılar, onda onlar o şeylərin heç mahiyyətini belə dərk edə bilməzdilər. Buna görə Allah ayəni geniş məna ilə nazil etmişdir ki, o, bütün məlum olan və ya naməlum məxluqları əhatə edə bilsin”.

Digər xəbərlər

ARXİV

Mart 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
25262728293031