Sələf Xəbər


ELM VƏ TEXNOLOGİYA

 Son Xəbərlər

Dünyanın ən böyük günəş elektrik stansiyası işə salındı

Noyabr 29
15:31 2014

Kaliforniya ştatında dünyanın ən böyük “Topaz Solar Farm” fotoelektrik stansiyası işə salınıb.

Sözügedən stansiyanın yaradılmasına iki il bundan əvvəl başlanılıb, o vaxtdan etibarən 9,5 kvadrat mil sahədə təxminən 9 milyon günəş paneli yerləşdirilib. Bu stansiya 180 min ev təsərrüfatını enerji ilə təmin edəcək.

“Sələf Xəbər” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Kaliforniyada günəş stansiyasının ümumi gücü 550 meqavatt təşkil edir. Onun qiyməti 2,5 milyard dollardır.

Məlumata əsasən, “Topaz Solar Farm” elektrik stansiyasından istifadə hər il atmosferə karbon qazı tullantılarını 337 min ton azaltmağa imkan verəcək.

 Sələf Xəbər: Uca Allah buyurur: “O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır.” (Quran-Kərim, “Nəhl” surəsi, 12-ci ayə).

“Allah istəmişdir ki, gecə və gündüz, günəş və ay və həmçinin, ulduzlar sizə xeyir versin və sizin mənafelərinizə xidmət etsin. Bu isə o deməkdir ki, siz onlarsız keçinə bilməzsiniz. Siz gecə vaxtı istirahət edir, dincəlir və yatırsınız, gündüz isə öz işlərinizin dalısınca gedərək, dünyəvi həyatınızı sahmana salmağa və dininizə fayda verməyə cəhd göstərirsiniz. Günəş və ay sizi işıq və şüaları ilə təmin edir və onların əsasında ağaclar gül açır, meyvələr yetişir, otlar və kollar boy atır, həm yerə və həm də məxluqlara ziyan vuran nəmişlik yox olur və soyuqlara son qoyulur. Yer üzündə həyatın onlarsız mümkün olmayacağı bu və çoxlu digər proseslər günəş və ayın varlığına möhtacdır. Bu iki səma cismi və habelə çoxsaylı ulduzlar göylərin yaraşığıdır və yerə qaranlıq çökəndə onlar insanlara quruda və dənizdə doğru yol göstərirlər. Onların sayəsində insanlar vaxtı dəqiq təyin edir və tarixi bilirlər. Bu məxluqlarda böyük sayda əlamətlər tapmaq olar ki, Allah onları anlayan insanlar üçün dəlillər adlandırmışdır. Belə insanlar, ağıllarını öz varlığının mənası üzərində və ətraflarında gördüklərinin, eşitdiklərinin üzərində düşünmək üçün istifadə edirlər. Onlar ətraf aləmə ağıldan məhrum olan heyvanların gözü ilə baxan laqeyd cahillərə bənzəmirlər.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər

ARXİV

Noyabr 2024
M T W T F S S
« Feb    
 123
45678910
11121314151617
18192021222324
252627282930